Prezidentlə görüşündən paylaşım edib bu sözləri yazdı
Icma.az, Qafqazinfo saytına istinadən bildirir.
Bakıda keçirilən cüdo üzrə dünya çempionatında qızıl medal qazanan azərbaycanlı idmançı Əhməd Yusifov ötən gün Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib.
“Qafqazinfo” xəbər verir ki, o, instaqram hesabında bu sözləri yazıb:
“Cənab Prezident, məni qəbul etdiyiniz, dünya çempionluğum münasibətilə təbrik etdiyiniz və dəyərli sözlərinizlə mənə əlavə ruh verdiyiniz üçün sizə dərin təşəkkürümü bildirirəm.
Doğma Bakıda, öz azarkeşlərimizin qarşısında Azərbaycanın bayrağını yüksəltmək və dünya çempionu olmaq mənim üçün böyük qürurdur. Bu uğur həm də ölkəmizdə idmana və idmançılara göstərilən diqqət və dəstəyin nəticəsidir.
Etimadınızı doğrultmaq, qarşıdakı yarışlarda da Azərbaycanı layiqincə təmsil etmək və yeni uğurlar qazanmaq üçün əlimdən gələni edəcəyəm. Diqqətiniz və dəstəyiniz üçün bir daha təşəkkür edirəm, cənab Prezident!”





Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 06 Oktyabr 2026 14:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















