Icma.az
close
up
RU
Prezidentlər səviyyəsində tarixi görüş: Münasibətləri yenidən qurulur

Prezidentlər səviyyəsində tarixi görüş: Münasibətləri yenidən qurulur

Icma.az xəbər verir, News24 saytına əsaslanaraq.

"Azərbaycan–Suriya münasibətlərində təqribən 12 il davam edən gərginlik dövründən sonra yeni mərhələnin başlanması müşahidə olunur. Bəşər Əsəd hakimiyyətinin Ermənistan Respublikasına verdiyi dəstək səbəbindən iki ölkə arasındakı diplomatik münasibətlər uzun müddət minimal səviyyədə olub. Lakin 2024-cü ildə Suriyada baş verən siyasi dəyişikliklər – rejimin dəyişməsi və keçid hökumətinin formalaşması – Azərbaycan və Suriya arasında münasibətlərin yenidən qurulmasına şərait yaradıb".

Bu fikirləri News24.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib. 

Onun sözlərinə görə, cari ilin əvvəlində Türkiyə Respublikasının Prezidenti tərəfindən təşkil edilən 4-cü Antalya Diplomatiya Forumu çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Suriyanın keçid dövrü hökumətinin Prezidenti Əhməd Əl Şaraa ilə görüşüb:

"Görüş zamanı ikitərəfli münasibətlərin bərpası və inkişaf etdirilməsi istiqamətində ilkin razılaşmalar əldə olunub.

Deputat, Azərbaycan, Türkiyə ilə koordinasiyalı şəkildə Suriya ilə münasibətləri bərpa etdiyini bildirib. Bu kontekstdə Azərbaycanın, Türkiyədən sonra Suriyaya humanitar yardım göndərən ikinci dövlət olduğunu vurğulayıb.

Millət vəkili, 12 iyul 2025-ci il tarixində Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraa Azərbaycana işgüzar səfər həyata keçirdiyini deyib:

"Səfər çərçivəsində dövlət başçıları arasında aparılan danışıqlarda hərtərəfli əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub. SOCAR ilə Suriyanın keçid hökuməti arasında enerji sahəsində əməkdaşlığa dair saziş imzalanıb, bu çərçivədə Azərbaycanın Suriyaya illik 1 milyard kubmetr təbii qaz ixrac etməsi planlaşdırılıb. Eyni zamanda, Azərbaycan Suriyanın neft və qaz infrastrukturunun yenidən qurulmasında iştirak etməyi öhdəsinə götürüb".

Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərinin bərpası sahəsində əldə etdiyi təcrübə, Suriyanın post-münaqişə bərpa prosesinə töhfə vermək üçün əsaslı baza təşkil etdiyini əlavə edib. O bildirib ki, görüşdə, həmçinin təhsil və mədəniyyət sahələrində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub, Azərbaycan tərəfi Suriyada mədəni irsin bərpasında və suriyalı tələbələrin ölkə universitetlərində təhsil almasında iştirak etmək niyyətini bildirib.

A. Badamov Bundan əlavə,  Azərbaycan, Suriya–İsrail münasibətlərinin normallaşdırılması prosesinə dəstək verə biləcək potensiala malik olduğunu vurğulayıb:

"Ümumilikdə, Azərbaycan və Suriya arasında formalaşmaqda olan əməkdaşlıq çərçivəsi geniş və çoxtərəfli perspektivlər vəd edir. Bu baxımdan, iki dövlətin mövcud potensialdan səmərəli və qarşılıqlı fayda əsasında istifadə edəcəyi gözlənilir".

Xeyrənsə Piriyeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:129
embedMənbə:https://news24.az
archiveBu xəbər 14 İyul 2025 14:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri