Icma.az
close
up
RU
Prezidentlərin səfəri Azərbaycan Türkmənistan dostluğunu daha da möhkəmləndirir EKSPERT ŞƏRH ETDİ

Prezidentlərin səfəri Azərbaycan Türkmənistan dostluğunu daha da möhkəmləndirir EKSPERT ŞƏRH ETDİ

Icma.az, Sia Az portalına istinadən məlumat yayır.

"Azərbaycan Prezidenti İlham Əliyevin iyulun 16-da Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov ilə təkbətək görüşü və ardınca onların Şuşa, Füzuli və Laçına birgə səfəri regional və beynəlxalq miqyasda çox önəmli mesajlar verir. Bu hadisə yalnız iki ölkə arasındakı münasibətlərin güclənməsi baxımından deyil, həm də regional əməkdaşlıq, iqtisadi tərəfdaşlıq və təhlükəsizlik kontekstində strateji əhəmiyyət daşıyır". Bu sözləri SİA-ya açıqlamasında beynəlxalq ekspert Anar Əliyev deyib.

Onun sözlərinə görə, bu görüş iki ölkənin Xəzər regionundakı əməkdaşlıq imkanlarını daha da inkişaf etdirmək niyyətini ortaya qoyur. Azərbaycan və Türkmənistan enerji resursları ilə zəngin ölkələrdir və bu səbəbdən qarşılıqlı maraqlar əsasən enerji nəqli, logistika və nəqliyyat dəhlizlərinin genişləndirilməsi istiqamətində toplanır: "Berdiməhəmmədovun işğaldan azad edilmiş ərazilərə səfəri və burada həyata keçirilən bərpa-quruculuq işləri ilə tanış olması regionda yaranmış yeni geosiyasi reallıqların qəbul edildiyini nümayiş etdirir. Bu, Türkmənistanın Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə verdiyi dəstəyin açıq təzahürüdür. Bundan başqa, Prezident İlham Əliyevin Qurbanqulu Berdiməhəmmədova Qarabağ atı hədiyyə etməsi sırf protokol jesti deyil, dərin rəmzi mənaya malikdir. Qarabağ atı Azərbaycanın milli sərvəti və tarixi irsinin simvolu sayılır. Bu hədiyyə iki xalq arasındakı dostluğun və mədəni yaxınlığın möhkəm əsaslara söykəndiyini göstərir. Bu addım həmçinin beynəlxalq aləmə bir mesajdır: region ölkələri arasında sülh, dostluq və qarşılıqlı hörmət prinsipləri gücləndirilir.

Digər mühüm məqam ondan ibarətdir ki, bu görüş və səfərlər beynəlxalq ictimaiyyət üçün strateji siqnal xarakteri daşıyır. Azərbaycan və Türkmənistan yalnız enerji layihələrində tərəfdaşlıq etmir, eyni zamanda regional sabitliyin qorunması, nəqliyyat və ticarət marşrutlarının inkişafı üçün birgə mövqe nümayiş etdirirlər. Bu, böyük güclərin bölgədəki təsir mexanizmlərinə balans gətirən mühüm əməkdaşlıq nümunəsi kimi dəyərləndirilə bilər. Ümumilikdə, bu səfər həm siyasi, həm iqtisadi, həm də mədəni baxımdan çox mühüm əhəmiyyətə malikdir. Dünyaya verilən əsas mesaj budur: Cənubi Qafqaz və Xəzər regionu sülh, əməkdaşlıq və inkişaf xəttində yeni mərhələyə qədəm qoyur. Azərbaycanın bu prosesdə aparıcı rolu isə onun regional liderlik statusunu daha da möhkəmləndirir".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:132
embedMənbə:https://sia.az
archiveBu xəbər 18 İyul 2025 14:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri