Icma.az
close
up
RU
Primadonnanın sarsıdıcı etirafı: Vətənim məni damğaladı

Primadonnanın sarsıdıcı etirafı: Vətənim məni damğaladı

Gununsesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

10 sentyabrda Alla Puqaçova jurnalist Yekaterina Qordeyevaya böyük müsahibə verdi və bu müsahibəsi dünyada geniş müzakirələrə səbəb oldu.

Yekaterina Qordeyevanın proqramında Alla Puqaçovanın böyük müsahibəsi yalnız mədəniyyət aləmində deyil, həm də geniş ictimayyətdə rezonans doğurdu. Uzun fasilədən sonra Primadonna açıq şəkildə Rusiyanı tərk etməsindən, ona yönələn ittihamlar, ailəsi və şəxsi dəyərləri barədə danışdı. Bu söhbət sanki etiraf idi və onun başlıca mesajı-insan ləyaqətinin və dürüstlüyün qorunmasıdır, xüsusilə də sənə haqsız damğalar vurulduqda.

İlk növbədə qeyd etməliyik ki, Alla Puqaçyova və həyat yoldaşı Maksim Qalkin Putinin başlatdığı müharibənin qəti əleyhdarlarıdırlar və bu səbəbdən də, Rusiyada ciddi təzyiqlərlə üzləşirdilər

Puqaçova bildirir ki, ölkəni tərk etməsi siyasi nümayiş deyildi. Hər şey ailəsinə qarşı başlayan təzyiqlərlə bağlı idi, xüsusən də Maksim Qalkin “xarici agent” elan olunandan sonra. Uşaqlar məktəbdə təhqirlərə məruz qaldılar və bu, müğənninin qərarında həlledici məqam oldu. Onun fikrincə, ana hər şeydən əvvəl övladlarının təhlükəsizliyini düşünməlidir.

Müsahibədə ən çox səslənən ifadə “Vətən mənə xəyanət etdi” oldu. Puqaçovanın sözlərinə görə, dövlət heç vaxt ona xüsusi qayğı göstərməyib, amma ağır məqamda ittihamlar yağdırıb. O, israrla vurğulayır: ölkəsini satmayıb, əksinə, bütün ömrünü onun mədəniyyətinə həsr edib. Xəyanətlə isə özü üzləşib.

Puqaçova sərt şəkildə “xəyanətkar” damğasını rədd edir. O, dövlət hesabına yaşamadığını, bütün uğurlarının şəxsi zəhmətinin nəticəsi olduğunu qeyd edir. Var-dövlət və dəbdəbə barədə şayiələri də əsassız sayır.

Müasir şou-biznesi dəyərləndirən Puqaçova bildirir ki, hit yaratmaq mümkündür, amma əgər mahnılarda sevgi və vicdan yoxdursa, onların təsiri də uzunömürlü olmur. Onun üçün həmişə əsas dəyər səmimiyyət və insanlıq olub.

Müsahibənin əsas mesajı odur ki, Puqaçovanın cəmiyyətin və dövlətin ona yapışdırdığı damğalarla qəti şəkildə razılaşmır. Onun sözlərinə görə, verdiyi qərarlar siyasətdən yox, ana kimi insani hisslərdən qaynaqlanır. Puqaçova bildirir ki, özü Vətənini satmayıb, amma Vətən ona xəyanət edib.

Onun çıxışı bir tərəfdən şəxsi etiraf, digər tərəfdən isə ictimai jest kimi dəyərləndirilə bilər. Puqaçova göstərir ki, hətta epoxanın simvoluna çevrilmiş insanlar da sistem qarşısında həssasdır. Həyatda isə ən çox qorunmalı olan dəyərlər ailə, vicdan və insan ləyaqətidir.

Müsahibədə ən yadda qalan ifadələrdən biri də bu oldu: “Vətənə “sən haqsızsan” deməyi bacarmaq – ən böyük vətənpərvərlikdir”.

Kamran Cəfərov

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:109
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 19 Sentyabr 2025 16:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see635

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see270

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see244

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see227

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see218

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see204

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see196

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see191

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see181

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see177

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see175

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see162

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see158

Əl gücünün zəifləməsi nəyə işarə edə bilər?

01 Fevral 2026 05:11see155

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see151

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see148

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see144

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see142

Amerikalı diplomat: ABŞ İranda Liviya ssenarisinin təkrarlanmasını istəmir

01 Fevral 2026 06:07see140

Türkiyənin Ticarət Nazirliyi: Hindistandan idxal rüsumlarının azaldılması planlaşdırılmır

01 Fevral 2026 04:41see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri