Icma.az
close
up
RU
Primakovun adı siyahıdan niyə çıxarılıb? Şəhid ailələri ilə görüşündə gizlinlərdən danışıldı

Primakovun adı siyahıdan niyə çıxarılıb? Şəhid ailələri ilə görüşündə gizlinlərdən danışıldı

Turkstan.az saytından alınan məlumata görə, Icma.az bildirir.

“20 Yanvar — millətin vicdanına çevrilən tarix, xalqın sınmayan iradəsinin parlaq nümayişidir”.

Turkustan.az xəbər verir ki, bu fikirlər Vəhdət Partiyasının təşkilatçılığı ilə 20 Yanvar şəhidlərinin ailə üzvləri ilə keçirilən görüşdə səsləndirilib. Faciənin 36-cı ildönümünə həsr olunan tədbirin əvvəlində Azərbaycanın müstəqilliyi naminə canlarından keçmiş soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Vəhdət Partiyasının sədri Adəm İsmayıl Bakuvi çıxışında 20 Yanvar faciəsini “Azərbaycan xalqının milli azadlıq hərəkatının zirvəsi, qürur tariximiz” adlandırıb. Həmin gecə ilə bağlı şəxsi xatirələrini bölüşən partiya sədri bildirib ki, 20 Yanvar hadisələrinə yalnız faciə prizmasından yanaşmaq düzgün deyil:

“O gecə bir milyona yaxın insan küçələrdə idi. Bu, xalqımızın sarsılmaz iradəsinin, azadlıq sevgisinin təntənəsi idi. Bakının küçələrinə çıxan insanlar silahsız idilər, amma qəlbləri Vətən sevgisi ilə silahlanmışdı. Bu gün azad və suveren dövlətimiz varsa, bunu məhz həmin şəhidlərin fədakarlığına borcluyuq.”

Adəm İsmayıl Bakuvi 20 Yanvar həqiqətlərinin dünyada tanıdılmasının, gənc nəsil arasında təbliğinin əhəmiyyətini də vurğulayıb. Partiya sədri xatırladıb ki, 20 Yanvar faciəsi zamanı Ümummilli Lider Heydər Əliyev həyatını təhlükə altına ataraq Azərbaycanın Moskvadakı nümayəndəliyinə gedib və orada çıxış edərək bu hadisəni yalnız xalqımıza qarşı deyil, bütün insanlığa qarşı törədilmiş amansız cinayət kimi qiymətləndirib. O əlavə edib ki, məhz Ulu Öndərin təşəbbüsü ilə 20 Yanvar faciəsinə ilk dəfə hüquqi və siyasi qiymət verilib.

Bu gün Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə 20 Yanvar şəhid ailələri və əlilləri dövlət qayğısı ilə əhatə olunub. Ulu Öndərin siyasi kursunu davam etdirən Prezidentin şəhidlərin xatirəsinə göstərdiyi ehtiram Azərbaycan dövlətinin mənəvi gücünün bariz nümunəsidir. Sədr Vəhdət Partiyasının şəhidlərin adını, amalını və müqəddəs yolunu hər zaman uca tutacağını vurğulayıb.

Daha sonra tədbirdə 20 Yanvar faciəsinin dəhşətini və həmin gecə yaşanan ağır anları əks etdirən film nümayiş etdirilib.

Türkoloq alim, professor, azadlıq hərəkatının iştirakçısı Firudin Ağasıoğlu çıxışında 20 Yanvar faciəsindən sonra baş verən siyasi proseslərə toxunub: “Həmin vaxt hadisələrin araşdırılması üzrə komissiyanın hesabatında səbəbkarlar qismində Mixail Qorbaçov, Dmitri Yazov və Yevgeni Primakovun adını yaznışdıq. Amma sonra hesabatdan Primakovun adı çıxarıldı, necə olduğunu da bilmədik”. F.Ağasıoğlu bildirib ki, məhz yanvar faciəsindən sonra ölkəmizdə milli azadlıq hərəkatı keyfiyyətcə yeni mərhələyə qədəm qoyub.

Azadlıq hərəkatının üzvü, aqrar elmlər üzrə fəlsəfə doktoru Ənvər Əliyev 20 Yanvar tarixinin yalnız xatırlanmalı deyil, eyni zamanda yaşadılmalı olduğunu vurğulayıb. Onun fikrincə, bu faciə milli yaddaşın ayrılmaz hissəsi kimi daim cəmiyyətin diqqət mərkəzində saxlanılmalıdır.

Şəhid Əliyusif Qocamanovun qızı Maral Zamanova çıxışında 20 Yanvar gecəsinin dəhşətlərinin bu gün də gözləri önündə canlandığını deyib. O, əlində heç bir silah olmadığı halda tankların qarşısına çıxan insanların “Milli qəhrəman” adına layiq olduğunu, amma bu adı almadıqlarını qeyd edib.

Politoloq, professor Cümşüd Nuriyev 20 Yanvar hadisələrinin təhsil sistemində daha dərindən və sistemli şəkildə tədris olunmasının vacibliyini vurğulayıb. Onun sözlərinə görə, bu tarix gənc nəslin dövlətçilik ruhunda formalaşmasında mühüm rol oynayır.

Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, kulturoloq Aydın Xan Əbilov 20 Yanvarı milli inqilab tariximizin mühüm mərhələsi kimi xarakterizə edib, o gecə insanların silahsız olaraq ağır texnikaya qarşı çıxmasını milli qəhrəmanlıqdan daha yüksək - misilsiz fədakarlıq nümunəsi kimi qiymətləndirib

Beynəlxalq Diaspor Mərkəzinin rəhbəri İsmayıl Ağayev şəhid ailələrinin Azərbaycan cəmiyyəti üçün mənəvi dayaq rolunu vurğulayıb və onların fədakarlığının dünya azərbaycanlıları üçün də qürur mənbəyi olduğunu qeyd edib.

Tədbir boyunca təsirli anlar yaşanıb. Şəhid ailələrinin üzvləri xatirələrini bölüşərkən göz yaşlarını saxlaya bilməyiblər. Şəhid Xurşud Əsəgərovun qardaşı Oruc Əsgərli və Şəhid Yusif Qasımovun həyat yoldaşı Reyhanə Meşqi qanlı yanvar gecəsi itirdikləri əzizləri ilə bağlı xatirələrini paylaşıblar. Üzərindən illər keçsə də, acının unudulmadığını, şəhidlərin öz qanları ilə azadlıq dastanı yazdıqlarını qeyd ediblər.

Reyhan İsmayılova çıxışında kövrələrək bildirib ki, qardaşı Cavad cəmi 27 yaşında güllələnərək şəhid olub: “Artıq 36 ildir bu dərdlə yaşayırıq. Evdən oğul getdi, evdən ümid getdi. Həmin dəhşətli gecədə yüzlərlə oğlumuz, qızımız torpağa tapşırıldı. Onlar Vətən üçün seçilmişlər oldular.”

Esmira Mehdiyeva isə göz yaşları içində vurğulayıb ki, həyat yoldaşı Vidadi Məmmədov SSRİ hökumətinin tapşırıqlarını icra etmədiyinə görə hədəfə çevrilib.

Şəhid Məmməd Hüseynovun həyat yoldaşı Zərifə Əliyeva qürurla qeyd edib ki, bu gün müstəqilliyimizin və dövlətimizin möhkəmliyinin əsasında 20 Yanvar şəhidlərinin qanı dayanır. O əlavə edib ki, Azərbaycanın suveren dövlət kimi yaşaması, bayrağımızın uca dalğalanması və xalqımızın birliyi məhz həmin qəhrəmanların fədakarlığı sayəsində mümkün olub.

Kəlbəcərli şəhid Firuz Cabbarovun anası Rəfiqə Cabbarova isə dövlət başçısına olan etibar və minnətdarlığını ifadə edib: “Bizə ulu öndər Heydər Əliyev atalıq edib, onun siyasəti və prinsipləri xalqımızı qoruyub. Bu gün isə Prezidentimiz İlham Əliyev ölkəmizi güclü və müstəqil bir dövlət olaraq irəli aparır. Allah Prezidentimizə uzun ömür versin, onu daim qorusun.”

Görüşdə çıxış edən şəhid ailələrinin üzvləri dövlət tərəfindən göstərilən diqqət və qayğıya görə, eləcə də 20 Yanvar qəhrəmanlarının adlarının əbədiləşdirilməsi istiqamətində görülən işlər üçün minnətdarlıqlarını bildiriblər. Xüsusilə vurğulanıb ki, Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad olunması 20 Yanvar şəhidlərinin ailələri üçün böyük sevinc və qürur mənbəyidir. Cənab Prezident İlham Əliyevin iradəsi, qətiyyəti və xalqımızın birliyi sayəsində şəhidlərin qanı əsla yerdə qalmayıb, onların fədakarlığı nəticə verərək Vətənimizin azadlığını təmin edib.

Sonda şəhid ailə üzvlərindən məktəbli Sona Ələkbərovanın ifasında vətənpərvər mahnılar səsləndirilib, tədbir iştirakçıları xatirə fotosu çəkdiriblər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:246
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 19 Yanvar 2026 11:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see370

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see238

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see236

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see230

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see230

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see226

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see224

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see224

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see223

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see220

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see215

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see210

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see210

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see208

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see208

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see208

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see208

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see205

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri