Icma.az
close
up
RU
“Prior Leasing” 18 ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisini uğurla başa vurdu Fotolar

“Prior Leasing” 18 ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisini uğurla başa vurdu Fotolar

Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

13-16 may 2025-ci ildə Bakı Ekspo Mərkəzində keçirilən 18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi – “Caspian Agro 2025” başa çatıb. 

Müasir fermerin maliyyə dəstəkçisi “Prior Leasing” bu il sərgidə uğurlu iştirakla yanaşı, sponsor kimi təşkilatçılıqda da aktiv iştirak edib. 10-dan çox stendlə iştirak edən şirkət sərgidə traktorları, kombaynları, aqreqatları və lizinq xidmətlərini fermerlərə və kənd təsərrüfatı müəssisələrinə təqdim edib. 

Sərginin ilk günü Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Ekspo Mərkəzində 18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisindəki stendləri ziyarət edib. Prezident İlham Əliyev adıçəkilən tədbirdə son texnologiya “New Holland” texnikaları ilə tanış olub.

“New Holland”ın regional direktoru Stuart Campbell dövlət başçısına bu kombaynların və traktorların innovativ özəllikləri, avtomatlaşdırılmış iş prinsipləri barədə ətraflı məlumat verib. Builki “Caspian Agro” sərgisində “Prior Leasing”in təqdim etdiyi texnikalar sırasında “Lovol” markalı traktorlar da xüsusi yer tutub. Müasir dizaynı, etibarlılığı və yanacaq səmərəliliyi ilə seçilən “Lovol” traktorları fermerlər tərəfindən böyük maraqla qarşılanıb. Sərgidə, həmçinin dünyaca məşhur “Väderstad” markasının “Rapid 300C” və “Carrier 425 XL” modelləri Azərbaycanda ilk dəfə rəsmi olaraq nümayiş etdirilib.

Eyni zamanda “Maschio Gaspardo” brendinin “UFO 400”, “Artiglio 300/7”, “Veloce 300” və “Campo 32 ISO” modelləri də ilk dəfə sərgilənib. “Prior Leasing” tərəfindən təqdim olunan digər mühüm texniki yeniliklərdən biri də “Solis” və “Landini” traktorları olub. Sadə mexanizmi və dözümlülüyü ilə tanınan “Solis” traktorları kiçik və orta təsərrüfatlar üçün ideal seçim kimi çıxış edib. Fermerlər bu modellərin manevr qabiliyyətindən, texniki baxımdan qənaətcil olmasından və istifadədə rahatlığından yüksək məmnunluqla bəhs ediblər.

Bununla yanaşı, İtaliya istehsalı olan və dünya kənd təsərrüfatı texnikası sahəsində nüfuzlu ad qazanan “Landini” markalı traktorlar da sərgidə xüsusi maraq doğurub. “Prior Leasing” bu markaların lizinq imkanlarını fermerlərə təqdim etməklə, onların texnika seçimini daha da genişləndirməyə və müasir kənd təsərrüfatı proseslərinə keçidi sürətləndirməyə çalışıb.

Müasir fermerin etibarlı maliyyə tərəfdaşı kimi çıxış edən “Prior Leasing” sərgidə iştirakı ilə “ağıllı kənd təsərrüfatı”nı dəstəkləyən müasir texnikaların, eləcə də digər lizinq məhsullarının tanıdılmasını və bu texnologiyalara çıxışın asanlaşdırılmasını hədəfləyir. Şirkətin başlıca məqsədi kənd təsərrüfatı sahəsində çalışan sahibkarlar üçün xidmətləri daha əlçatan etmək, göstərilən xidmətlərin vaxtını və əlavə xərclərini azaltmaqdır.










Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:128
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 19 May 2025 17:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see376

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see215

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see205

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see201

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see175

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see173

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see172

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see171

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see164

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see161

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see155

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see146

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see145

Elman Qəmbərov general Vaqif Axundova tələ qurmuşdu Polkovnik SİRLƏRİ AÇDI

04 Yanvar 2026 17:04see145

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see145

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see144

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see144

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see142

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see139

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri