“Prius” sürücüsünün bu hərəkətini görən qadın yaxınlaşıb baxın nə dedi VİDEO
Icma.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.
Paytaxtın Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində sürücünün nümunəvi hərəkəti kameraya düşüb.
Avtosfer.az-ın məlumatına görə, bu barədə görüntü “TikTok” sosial platformasında paylaşılıb. Kadrdan da məlum olduğu kimi, 77-DR-909 dövlət nömrə nişanlı “Toyota Prius” markalı avtomobilin sürücüsü əlindəki siqaret kötüyünü yola atmayıb.
Hadisə şahidi olan qadın sürücü maşına yaxınlaşaraq onun bu davranışını digər sürücülərə örnək addım olaraq qiymətləndirib: “Siz “Prius”u necə belə gözəl, mədəni sürürsünüz. Bütün işıqlarını yandırırsınız və siqaretin külünü çölə atmadınız”. “Prius”un sürücüsü isə “Çox sağolun. Zibili yerə tullamaq olmaz. Ona görə siqaret kötüyünü də maşındakı külqabıya atıram” deyərək qadına cavab verib. Xanım sürücü isə “Əhsən sizə. Allah yolunuzu açıq eləsin” - deyə, cavab verib.
Nərmin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:143
Bu xəbər 30 Aprel 2025 13:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















