Icma.az
close
up
RU
Probasiya xidməti Avropa Probasiya Konfederasiyasına üzv qəbul edilib

Probasiya xidməti Avropa Probasiya Konfederasiyasına üzv qəbul edilib

Icma.az bildirir, Xalqcebhesi portalına istinadən.

Ədliyyə Nazirliyinin Probasiya xidməti Avropa Probasiya Konfederasiyasına üzv qəbul edilib.

Bu barədə APA-ya nazirlikdən məlumat verilib.

Məlumata görə, Ədliyyə Nazirliyinin Probasiya xidmətinin sahə üzrə ixtisaslaşmış təşkilatlardan biri olan Avropa Probasiya Konfederasiyasına (CEP-Confederation of European Probation) üzvlük müraciəti təşkilatın İdarə heyətinin toplantısında yekdilliklə təsdiqlənib və ölkəmiz həmin təşkilata tamhüquqlu üzv kimi qəbul edilib.
53 üzv və tərəfdaş təşkilatın daxil olduğu Avropa Probasiya Konfederasiyası 1981-ci ildən Niderland Krallığının Utrext şəhərində fəaliyyət göstərir. Konfederasiya probasiya nəzarəti, sosial xidmətlər, eləcə də mediasiya və ya vasitəçiliyin tətbiqi yolu ilə cinayət törətmiş şəxslərin sosial inteqrasiyasını təşviq edən beynəlxalq qurumdur. Probasiya sahəsində Avropa ölkələri arasında təcrübə və məlumat mübadiləsinin aparılması, qanunvericiliklər barədə məlumatların hazırlanması və yayımı, bu sahədə ümumi problemlərin həlli, peşəkar inkişafa yardım, konfranslar, seminarlar və digər beynəlxalq tədbirlər keçirilməsi Konfederasiyanın əsas fəaliyyət istiqamətləridir.
Təşkilata üzvlük probasiya sahəsində Avropa ölkələri ilə səmərəli əməkdaşlığın inkişafı, beynəlxalq standartların və yeni innovativ mexanizmlərin tətbiqi, peşəkar inkişafa yardım, probasiya üzrə ixtisaslaşmış qurumların və müxtəlif ölkələrin probasiya xidmətləri ilə işgüzar əlaqələrin yaradılması baxımından mühüm rol oynayır.
Eyni zamanda, quruma üzv olmaqla ölkəmiz Konfederasiyanın bütün tədbirlərində iştirakçı, eləcə də məruzəçi qismində iştirak edəcək, ekspert qruplarına və şəbəkələrinə qoşulma hüququ əldə edəcək, bütün üzvlərin tam səsvermə hüququna malik olduğu Baş Assambleyada iştirak edə biləcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:128
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 13 Dekabr 2024 10:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see742

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see573

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see323

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see317

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see286

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see284

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see278

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see273

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see272

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see268

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see268

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see267

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see265

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see246

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see231

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see227

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see220

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see215

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see200

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri