“Problem sosial şəbəkələrin müxtəlif cinayətlərin alətinə çevrilməsidir” Zahid Oruc
Xalqcebhesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Milli Məclisin 19 dekabr tarixli iclasında layihənin birinci oxunuşunda çıxış edən hörmətli vitse-spiker Musa Qasımlı, millət vəkilləri hörmətli Azay Quliyev və Razi Nurullayev layihəni müdafiə edərək, onu cəmiyyətin tələbi kimi dəyərləndirdilər.
Layihəyə səs verən, eləcə də onu mediada geniş şərh edən deputatların çıxışlarında qanun layihəsinin ifadə azadlığına qarşı deyil, ictimai mənəviyyatın, sosial davranış normalarının və milli təhlükəsizliyin qorunmasına xidmət etdiyi vurğulanır”.
Xalqcəbhəsi.az xəbər verir ki, bunu Milli Məclisin insan hüquqları komitəsinin sədri Zahid Oruc parlamentin bu gün keçirilən plenar iclasında “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanununda dəyişiklik edilməsi barədə qanunun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı deyib.
Zahud Oruc “millət vəkili Azay Quliyev haqlı olaraq, qanun layihəsinin hüquqi dairəsini genişləndirib, xaricdə himayə edilən, beyinlərində çip yerləşdiirlən şəxslərə, sosial şəbəkələr, xüsusilə YouTube, Facebook, İnstaqram və TikTok kimi platformalarda Azərbaycan xalqını və dövlətini gündəlik rejimdə təhqir edənlərə və eyni əməllərin daxildə davamçılarına da tətbiq olunmasını, o cümlədən, qlobal şirkətlərin ölkəmizdə rəsmi nümayəndəliyinin yaradılmasını və birgə mübarizə yollarını axtarmağı təklif edib”,-deyə əlavə edib: “Haqlı yanaşmadır, düzgün çağırışdır. Ümidvarıq ki, yaxın gələcəkdə yeni qanun layihələri həmin tələbləri əhatə edəcək, kibervətənimizi də qorumağa xidmət göstərəcək.
Eyni zamanda, qanunvericiliyə rəqəmsal asılılıq, rəqəmsal manipulyasiya, rəqəmsal klonlaşdırma və alqoritmik təhlükəsizlik kimi vacib anlayışları gətirilməsi təklif edilib.
Göründüyü kimi, nəinki parlamentin, bütövlükdə cəmiyyətimizin haqlı narahatlığına səbəb olan müasir kommunikasiya cinayətləri qeyri-əxlaqi kontentləri yayanların və xarici dövlətlərin əlində silaha çevrilib. Biz əcnəbi ölkələrdə “terror media”sını himayə edən qüvvələrin bir vaxtlar Qarabağda işğalı qoruyub saxlayanlarla eyni mərkəzlər olduğunu bilirik. Fərq etməz, onlar terroru iqtisadiyyada törədir, yoxsa sosial mediada, məqsədləri birdir-dövləti linç etmək, xalqı zəiflətmək və parçalamaq, Qələbəmizi oğurlamaq, mümkün olmadıqda onu ləkələmək və sərvələrini sümürmək.
Ona görə də Baş Prokurorluq haqlı olaraq, xarici terrorçulara qarşı qanunun ən sərt maddələrini tətbiq edib və xalqımızın konstitusion mənafelərini qorumağa çalışır”.
Millət vəkili əlavə edib: “Ötən dəfə qeyd etdiyimiz kimi, problem təkcə etik-mənəvi prinsiplərin, əxlaqi dəyərlərin davamlı, sistemli hücumlara məruz qalması deyil, sosial şəbəkələrin müxtəlif cinayətlərin alətinə çevrilməsidir. Xüsusilə, Teleqram kanalı və Tik-Tok platformasında nəzarətsiz mühitdə insan alveri, cinsi istismar və qeyri-qanuni vasitəçilik üçün geniş imkanlar yaranıb. Belə fəaliyyətlər fərdi pozucu davranış yox, təşkilatlanmış şəbəkədir. İnsan alveri ilə bağlı elanların açıq şəkildə paylaşılması hüquqi boşluqların mövcudluğunu göstərir.
Məlumat üçün, 2025-ci ilin statistik məlumatlarına görə ölkəmizdə internet istifadəçilərinin 71%-dən çoxu sosial şəbəkə platformalarına müntəzəm daxil olur. Gənclər və yeniyetmələrdə göstərici 85%-ə yaxınlaşır. 2024-2025-ci illərdə TikTok və Telegram kimi platformalarda məzmun istehlakı orta hesabla 25–30% artıb. Belə çoxmilyonlu auditoriyada yayılan kontentin davranış modellərinə və milli dəyərlərə təsiri qaçılmazdır.
OCED, UNESCO VƏ UNİCEF-in tədqiqatlarına görə, sosial mediada əxlaq normalarının pozulmasının neqativ təsirləri aqressiv davranışların artması, əxlaq normalarının deformasiyasının güclənməsi, uşaqlar və yeniyetmələrdə sosial stressin dərinləşməsidir.
Ən təhlükəlisi qeyri-əxlaqi hərəkətlərin və məzmunların artıq küçədə yox, telefon ekranlarında, sosial şəbəkələrin çoxminli qruplarında, alqoritmlərin nüvəsində formalaşmasıdır. Dövlətə, ailəyə, müəllimə, şəhidlərin yüksək adına və Vətən müharibəsi qəhrəmanlarına deyil, qeyri-əxlaqi yollarla populyar olanlara pərəstiş və təbliğat trendə çevrilirsə, məsələ təkcə sosial yox, milli təhlükəsizlik mahiyyətilidir.
Ona görə də Fransa və Almaniya kimi ölkələrdə qeyri-etik, ləyaqətə toxunan və cəmiyyətə hörmətsizlik ifadə edən hərəkətlərə görə hüquqi məsuliyyət tədbirləri tətbiq olunur, inzibati cərimələr və 3–5 ilədək azadlıqdan məhrumetmə cəzaları verilir”.
Baxış sayı:82
Bu xəbər 26 Dekabr 2025 12:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















