Icma.az
close
up
RU
“Problemi ayağında olsa da, qolunu yazırlar” Əlilliyin verilməsində natamamlıq

“Problemi ayağında olsa da, qolunu yazırlar” Əlilliyin verilməsində natamamlıq

Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Əlillik təyinatı üçün dövlət qurumlarına müraciət edən vətəndaşlar sənədlərin  natamam olmasına görə vəziyyətdən narazıdırlar.

Bu barədə Ölkə.Az redaksiyasına şikayət daxil olub.

Şikayətçilər qeyd edir ki, əllilik təyinatı üçün lazım olan Forma 88 natamam doldurulduğundan Tibbi-Sosial Ekspert Komissiyasından (TSEK) əlillik təyinatına imtina gəlir və arada zərər çəkən vətəndaşlar olur.

İddia edirlər ki, poliklinika əlilliyin verilməməsi üçün sənədi qəsdən yarımçıq doldurur. Hətta bunun üçün poliklinika ilə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi arasında razılıq olduğunu düşünənlər də var.

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində ictimai Şuranın üzvü, hüquqşünas Sahib Məmmədov Ölkə.Az-a açıqlamasında problemin bir tərəfdən qaynaqlandığını deyib:

“Bu məsələnin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə heç bir dəxli yoxdur. Konkret Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə məlumatlar şifrəli gəlir. Mən orada ictimai şuranın üzvüyəm. Biz görürük ki, forma 88-i dolduran başqa bir orqandır. Mənim özüm də şahid olmuşam ki, məsələn, hansısa şəxsin problemi ayağında olsa da, qolunu yazırlar və s. Komissiya da pis vəziyytdə qalır. Bu suallar TƏBİB-ə aiddir.
Şəxs narazıdırsa, bilməlidir ki, Forma 88-in yarımçıq, qüsurlu doldurulmasına, qəsdən diaqnozun səhv qoyulmasına görə məsuliyyəti başqa bir orqan daşıyır və onun ƏƏSMN-ə dəxli yoxdur. Əgər sənəddə tamlıq varsa, onu şikayəti nazirliyə aiddirsə, ictimai şura üzvü kimi mən də araşdıra bilərəm. Amma əminliklə deyirəm ki, TSEK üzvləri heç bilmirlər ki, müraciət edən şəxsin adı nədir. Hər şey agentliyə kodla gəlir. Onlar baxır ki, Forma 88 tam doldurulmayıb, diaqnoz alayarımçıq yazılıb yaxud yazılan diaqnoza görə, xəstəliyin faizi 30%-dən aşağıdır, bu halda əlillik təyin olunmur”. 

Ölkə.Az şikayətlə bağlı TƏBİB-ə də sorğu ünvanlayıb. Qurumdan saytımıza bildirilib ki, Forma 88-in hansı səbəbdən natamam doldurulması ilə bağlı şikayəti ümumi cavablandırmaq mümkün  deyil. 

Qeyd edilib ki, şikayəti olan şəxsin ad soyadı təqdim edildiyi təqdirdə faktı araşdırıb cavab vermək olar.

Billurə

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:273
embedMənbə:https://olke.az
archiveBu xəbər 10 Mart 2025 15:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see333

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see300

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see293

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see287

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see282

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see278

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see275

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see264

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see257

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see250

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see236

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see235

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see233

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see232

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see231

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see228

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see224

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see213

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see204

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri