Icma.az
close
up
RU
Problemli kreditlərin sayı ARTIR: Hansı risklər yaranır?

Problemli kreditlərin sayı ARTIR: Hansı risklər yaranır?

Icma.az, Demokrat.az portalına istinadən məlumat yayır.

"Problemli kreditlərin artmasının bir neçə əsas səbəbi var. İlk növbədə banklar kredit verərkən risklərin düzgün qiymətləndirilməməsi ilə üzləşə bilirlər. Müştərinin maliyyə vəziyyəti, gəlirləri və ödəniş qabiliyyəti kifayət qədər dəqiq təhlil olunmadan kredit məbləği müəyyənləşdirildikdə sonradan gecikmələr yaranır".
Bunu Demokrat.az-a açıqlamasında bank məsələləri üzrə ekspert Emin Kərimov deyib. 
O, bildirib ki, kreditlərin gecikmə səbəbləri vaxtında araşdırılmalı və təsnifləşdirilməlidir:
"Bu səbəblər arasında şəxsin iş yerini itirməsi, əlavə xərclərin yaranması, əməkhaqqının azalması və ya əvvəlcədən nəzərə alınmayan maliyyə öhdəliklərinin artması kimi hallar xüsusi yer tutur. Eyni zamanda, bəzi hallarda müştərinin məsuliyyətsiz davranışı da problemli kreditlərin artmasına səbəb ola bilər".
Ekspert bildirib ki, belə vəziyyətlərdə əsas çıxış yolu kreditlərin restrukturizasiyası hesab olunur:
"Restrukturizasiya kredit borcunun daha uzun müddətə yayılması, faiz dərəcəsinin azaldılması və ya müəyyən hallarda minimal faizlə ödəniş qrafikinin sadələşdirilməsi deməkdir. Məqsəd müştərinin borcu real şəkildə ödəyə bilməsinə şərait yaratmaqdır. Banklar problemli kredit portfelini təhlil etdikdən sonra risk siyasətinə yenidən baxmalı, kredit verilmə şərtlərini sərtləşdirməli, zamin və əlavə təminat tələblərini gücləndirməlidirlər. Bu cür tədbirlər adətən müvəqqəti xarakter daşıyır. Problemli kreditlər azaldıqdan və portfel sağlamlaşdıqdan sonra banklar kredit fəaliyyətini yenidən genişləndirə bilirlər".
Onun n sözlərinə görə, hazırkı mərhələdə problemli kreditlərin artdığı şəraitdə əsas prioritet kreditlərin restrukturizasiyası olmalıdır:
"Bu, həm kredit portfelinin sağlamlaşmasına, həm bankların likvidliyinin qorunmasına, həm də kreditlərin geri qaytarılma mexanizminin effektiv işləməsinə imkan yaradır. Çünki problemli kreditlər təkcə müştərilər üçün deyil, bankların özü üçün də ciddi maliyyə riskləri yaradır. Əgər kreditlər geri qaytarılmırsa, bankın gəlirləri azalır və digər maliyyə qurumları qarşısında öhdəliklərini yerinə yetirməkdə çətinliklər yaranır. Məhz buna görə də problemli kreditlərin artdığı dövrlərdə restrukturizasiya ən məqsədəuyğun və effektiv həll yolu hesab olunur".
Əfsanə Kamal
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 29 Dekabr 2025 14:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see282

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see264

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see262

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see259

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see255

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see245

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see236

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see232

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see227

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see227

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see223

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see214

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see213

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see207

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see201

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see199

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see196

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see191

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri