Icma.az
close
up
RU
Professor: Avropa lider böhranı ilə üzləşib

Professor: Avropa lider böhranı ilə üzləşib

Icma.az xəbər verir, Reyting.az saytına əsaslanaraq.


“İndi Avropada nüfuzlu siyasətçilər çox azdır, hətta yox dərəcəsindədir. Əvəllər qoca qitədə onlarla nüfuzlu siyasətçi, dövlət başçısı olurdu, dünya onlara diqqətlə qulaq asır, digər dövlətlər onların mövqelərini bölüşürdü. Amma indi ABŞ prezidenti Donald Tramp Avropanın aparıcı dövlətlərinin rəhbərlərini sanki uşaq kimi danlayır. Həmin dövlət başçıları da Trampın bu hərəkəti ilə razılaşırlar”.

Bunu “Reytinq” qəzetinə açıqlamasında Vəhdət Partiyası sədrinin müşaviri, professor Cümşüd Nuriyev Avropa liderlərinin ABŞ-a son səfərlərini və prezident Trampla görüşləri zamanı baş verənləri şərh edərkən deyib.
Onun sözlərinə görə, Avropa liderlərinin ABŞ prezidenti ilə son görüşlərini əks etdirən görüntülər sosial şəbəkələrdə gülüş obyektinə çevrilib.

Professor əlavə edib ki, Avropanın hazırki siyasətçiləri ciddi nüfuza və hörmətə malik deyillər: “Onların liderlik keyfiyyətləri aşağıdır. Məsələn, Fransa prezidenti Emmanuel Makron sanki siyasətçi deyil. Son zamanlar isə Makronla xanımı arasında publika önündə baş verənlər onu gülüş hədəfinə çevrib”.
Müsahibimiz bildirib ki, İtaliyanın xanım baş naziri Meloni siyasətlə gənc yaşlarından məşğul olsa da, təcrübəli deyil. “Xanım Fon der Leyenə bağlı Avropa mediası nələrsə yazır. Almaniyada isə Merkeldən sonra ciddi siyasi lider yetişməyib. ABŞ prezidenti Donald Trampın onları eyni vaxtda qarşısında oturdaraq sanki danlayırmış kimi söhbət etməsi isə dünya ictimaiyyəti tərəfindən birmənalı qarşılanmır. Məncə, bu yolla Tramp həm Avropaya güc və dirsək göstərdi, həm də demək istədi ki, sizin ağanız mənəm”,- C. Nuriyev bildirib.
Professor xatırladıb ki, sosial şəbəkələrdə yayılan başqa bir fotoda Avropa liderləri Ağ evdə - Trampın qəbulunda əyləşərək növbə gözləyirlər: “Bizim ortabab icra başçısının qəbulunda maksimum 2-3 nəfər gözləyir. Amma bu liderlərin hamısı eyni vaxtda əyləşib Trampla görüş saatını gözləməyə məcbur olublar. Hesab edirəm ki, bu məsələdə liderlik böhranı ciddi rol oynayır”.
Nuriyev əlavə edib ki, Avropa liderlərinin ABŞ prezidenti ilə görüşü zamanı D. Tramp müzakirəni yarımçıq kəsərək otağı tərk edib və Rusiya prezidenti V. Putinlə telefon danışığı aparıb: “Düşünürəm ki, bu, Avropa liderlərinə hörmətsizlikdir. Sonradan Ağ evin mətbuat katibi bu hadisəni Avropa liderlərinin təhqir olunması kimi qəbul etmədikərini bildirsə də, bir diplomatik dil var. Təbii, Ağ ev deyə bilməz ki, bu, təhqiramiz olaydır. Diplomatik dildə edilən hərəkətlərin mahiyyəti vacibdir. Bu mahiyyətdə isə Tramp faktiki olaraq, Avropa liderlərini aşağılayıb”.

Professor bir müddət əvvəl Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanın da Vaşinqtona səfərinə diqqət çəkib: “Açığı, Vaşinqtonda bir çox hallarda Nikol Paşinyanı vəziyyətdən İlham Əliyev çıxardı. Sözsüz ki, Avropa liderlərinin ABŞ-a səfəri ilə bizim dövlət başçımızın səfərini müqayisə etmək olmaz. Çünki Azərbaycan liderinin hərəkəti hər zaman ölçülü-biçili olur, hər şeyin ən yaxşısını istəyir və buna da nail olur. Açığı, Azərbaycan elə də böyük ölkə deyil ki, ABŞ bizdən qorxsun, çəkinsin. Sadəcə, prezident Əliyevin şəxsi nüfuzu, apardığı siyasətin mahiyyəti və incəliyi Ağ evi Azərbaycana hörmətlə yanaşmağa məcbur edir. Burada Əliyevin şəxsi nüfuzu, əlaqələri, qlobal siyasətdə atdığı addımların da böyük rolu var”.
Y. QACAR
Reyting.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:140
embedMənbə:https://reyting.az
archiveBu xəbər 20 Avqust 2025 13:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see298

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see296

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see286

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see255

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see251

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see243

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see238

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see233

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see231

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see220

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see211

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see209

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see208

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see205

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see203

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see203

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see194

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see193

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see188

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri