Professor: Azərbaycan tarixinin mühüm istiqamətlərindən biri albanşünaslıqdır
Icma.az, Azertag portalına istinadən məlumat verir.
Bakı, 22 aprel, AZƏRTAC
Ötən il Qafqaz Albaniyasına dair xüsusi biblioqrafiya hazırlanıb. Azərbaycan tarixinin qədim dövrünün mühüm istiqamətlərindən biri də albanşünaslıq və Qafqaz Albaniyasının tarixinin araşdırılmasıdır. Bu məqsədlə Tarix və Etnologiya İnstitutunda mütəxəssislərin alban dili üzərində çalışmasına xüsusi diqqət yetirilib.
AZƏRTAC xəbər verir ki, bu fikirləri AMEA Tarix və Etnologiya İnstitutunun direktoru professor Kərim Şükürov “Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya Qədim Turan haqqında və Kiçik Asiya ərazilərində prototürk qəbilələri və onların Qafqaz əlaqələri” mövzusunda konfransda deyib.
Professor bildirib ki, bəzi erməni tarixçilər Azərbaycanın Alban irsi ilə bağlılığını inkar etməyə çalışırlar: “Onlar iddia edirlər ki, azərbaycanlılar Qafqaz Albaniyasının varisləri deyil. Bu istiqamətdə qarşımızda ciddi vəzifələr dayanır. Tarix, mənəvi irsimiz kimliyimizin əsas göstəricisidir. O, xalqın keçdiyi inkişaf yolunu özündə əks etdirir”.
Müxbir – Aysel Azadqızı
Fotoqraf – Azər İbrahimov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 22 Aprel 2026 16:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















