Icma.az
close
up
RU
Professor dənizdə boğulmaların əsas səbəblərini açıqladı

Professor dənizdə boğulmaların əsas səbəblərini açıqladı

Qaynarinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Bu gün dənizə tək getmək məqsədəuyğun deyil”. 

Bunu Qaynarinfo-ya açıqlamasında professor Adil Qeybulla son günlər dənizdəbatma hallarının artmasının səbəblərindən danışarkən deyib.

Adil Qeybulla hesab edir ki, bu faciələrin böyük əksəriyyətinin qarşısını sadə təhlükəsizlik qaydalarına əməl etməklə almaq mümkündür.

O, Qaynarinfo-ya açıqlamasında bildirib ki, dənizə gedən şəxslər tək olmamalı və imkan daxilində sahildən uzaqlaşmamalıdırlar:

"Dənizə gedən şəxsin yanında mütləq kimsə olmalıdır. Çimərkən  sahildən uzaq məsafəyə üzmək təhlükəlidir. Dənizə getməkdə əsas məqsəd dəniz vannası qəbul etmək və istirahət etməkdir.  Dəniz üzgüçülük yarışı deyil. Buna görə də uzaq məsafələrə  üzmək və tək qalmaq ciddi risk yaradır. Dənizə gedən hər kəs bu   qaydalara əməl etməlidir".


Professorun sözlərinə görə, boğulma hallarının əsas səbəblərindən biri insan amilidir:

"Boğulmaların əksəriyyəti insan səhvlərindən qaynaqlanır. Bununla yanaşı, obyektiv səbəblər də var. Məsələn, qəfil qıcolmalar baş verə bilər. Lakin insanlar  sahilə yaxın ərazidə çimdikdə və ya yanlarında başqa şəxslər olduqda faciələrin qarşısını almaq daha asan olur.  Dənizin dibində yarğanlar və dərin çökəkliklər olur. İnsan   həmin əraziyə düşdükdə təşvişə düşür, su udur və  boğulma təhlükəsi yaranır. Bəzən isə qıcolma səbəbindən hərəkət etmək mümkün olmur".

Adil Qeybulla alkoqollu vəziyyətdə dənizə girməyin də ciddi təhlükə yaratdığını vurğulayıb:

"Boğulmaların səbəblərindən biri də alkoqol qəbuludur. Alkoqol  insanın vəziyyəti düzgün qiymətləndirmək və təhlükəni hiss  etmək qabiliyyətini zəiflədir".

Professor vətəndaşlara təhlükəsizlik qaydalarına ciddi əməl  etməyi və öz sağlamlıqlarını riskə atmamağı tövsiyə edib.

Bahar Rüstəmli

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 08 İyul 2026 18:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see317

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see308

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see303

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see276

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see259

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see241

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see238

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see225

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see221

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see219

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see218

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see215

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see209

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see205

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see194

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see194

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see192

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see192

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see176

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri