Icma.az
close
up
RU
Professor Hüseyn Hüseynovun 75 illiyi: Elmdə yaşayan ömür

Professor Hüseyn Hüseynovun 75 illiyi: Elmdə yaşayan ömür

Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Professor Hüseyn Hüseynov Azərbaycan riyaziyyat elminin parlaq simalarından, ömrünü elmin inkişafına və gənc nəslin yetişdirilməsinə həsr etmiş görkəmli alimlərdən biri idi. Əgər bu gün aramızda olsaydı, 75 illik yubileyini qeyd edəcəkdi. Onun həyat yolu və elmi irsi bu əlamətdar tarixdə bir daha böyük ehtiramla xatırlanır.

Hüseyn Hüseynov 17 iyul 1951-ci ildə Azərbaycanın səfalı guşələrindən olan Ağsu rayonunun I Qaraqaşlı kəndində dünyaya göz açıb. Uşaqlıq illərindən elmə olan marağı onu riyaziyyatın mürəkkəb, lakin sonsuz imkanlarla dolu dünyasına gətirib. 1973-cü ildə Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsini uğurla bitirərək elmi fəaliyyətə ilk addımını atıb.

Onun istedadı və zəhməti Sovet İttifaqının ən nüfuzlu elm mərkəzlərindən biri olan Moskva Dövlət Universitetinə yol açdı. 1976-cı ildə aspiranturanı bitirərək fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsini aldı. Vətənə qayıtdıqdan sonra Azərbaycan Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunda funksional analiz sahəsində elmi tədqiqatlarını davam etdirdi.

1980–1982-ci illərdə yenidən Moskvada elmi araşdırmalar aparan Hüseyn Hüseynov 1990-cı ildə fizika-riyaziyyat elmləri doktoru elmi dərəcəsini aldı. 1982–1992-ci illərdə Elmlər Akademiyasında Operatorların Spektral Nəzəriyyəsi şöbəsinə rəhbərlik etdi. Elmi nailiyyətləri ona 1986-cı ildə dosent, 1992-ci ildə isə professor elmi adlarını qazandırdı.

1993-cü ildən etibarən fəaliyyətini qardaş Türkiyədə davam etdirən alim TÜBİTAK proqramı çərçivəsində əvvəlcə Ege Universitetində, daha sonra Atılım Universitetində çalışdı. O, yalnız yüksək səviyyəli alim deyil, həm də tələbələrinə elmi düşüncə aşılamağı bacaran əsl müəllim idi. Onun rəhbərliyi ilə yetişən Nüket Aykut, Ferihe Atalan, İlkay Yaslan, Bəxtiyar Orunov, Filiz Aras, Şerife Faydaoğlu və İsmail Yaslan kimi alimlər bu gün də elmi fəaliyyətlərini uğurla davam etdirirlər.

Professor Hüseyn Hüseynov elmi layihələrə də rəhbərlik edib. 1997–1999-cu illərdə "Periodik Əmsallı Fərq Tənliklərinin Qərarlığı Problemi", 2007–2008-ci illərdə isə "Hermitik Olmayan Diskrit Schrödinger Tənliyi üçün Özdeyər Problemi və Tətbiqləri" adlı TÜBİTAK layihələrinin rəhbəri olub. Atılım Universitetində senat və idarə heyətinin üzvü kimi də universitetin inkişafına mühüm töhfələr verib.

Onun elmi araşdırmaları avtomorfik funksiyaların spektral nəzəriyyəsi, Riemann manifoldlarının həndəsəsi, xətti və qeyri-xətti funksional analiz, diferensial operatorların spektral problemləri, Korteweg-de Vries tipli tənliklər, zaman şkalası nəzəriyyəsi və xüsusilə Sturm-Liouville operatorları kimi mürəkkəb istiqamətləri əhatə edirdi.

100-dən çox elmi məqalənin müəllifi olan professor Hüseyn Hüseynovun əsərlərinə dünyanın müxtəlif ölkələrində 2000-dən artıq elmi istinad edilib. Bu göstərici onun beynəlxalq elmi nüfuzunun və tədqiqatlarının əhəmiyyətinin ən mühüm sübutlarından biridir.

Elm qədər ailəsinə də bağlı olan Hüseyn müəllim iki oğul atası idi. Sadəliyi, insanpərvərliyi və yüksək mənəvi keyfiyyətləri onu tanıyanların yaddaşında silinməz iz buraxıb.

20 mart 2015-ci ildə professor Hüseyn Hüseynov əbədiyyətə qovuşdu. Lakin onun yaratdığı elmi məktəb, əsərləri və yetişdirdiyi yüzlərlə tələbə bu gün də onun adını yaşadır.

Alimin xatirəsinə ehtiram əlaməti olaraq, 2016-cı ildə "International Society of Difference Equations" cəmiyyətinin prezidenti, tanınmış amerikalı riyaziyyatçı professor Martin Bohnerin təşəbbüsü ilə Türkiyədə professor Hüseyn Hüseynovun 65 illik yubileyinə həsr olunmuş ICAMA 2016 Beynəlxalq Konfransı keçirildi.

Professor Hüseyn Hüseynov Azərbaycan elminin gur işıqlı siması, həyatını riyaziyyatın sonsuz yollarına həsr etmiş böyük bir alim idi. O, yalnız sayların sirrini çözən elm adamı deyil, eyni zamanda düşüncənin dərin qatlarında yol tapan fikir öndəri, elmi sevən bir ürək sahibi idi.

Hər bir tənlikdə, hər bir elmi ideyada, hər bir dərsdə onun izi var. O, riyaziyyatın sətirlərinə həkk olunmuş bir imza, elmin yaddaşında əbədiyaşar bir ad olaraq qalacaq.

Bu gün – onun 75 illik yubileyi ərəfəsində professor Hüseyn Hüseynovun zəngin elmi irsi bir daha minnətdarlıqla xatırlanır. O, Azərbaycan riyaziyyat elminin tarixində silinməz iz qoymuş, elmi fəaliyyəti ilə ölkəsini beynəlxalq akademik mühitdə layiqincə təmsil etmiş görkəmli alim kimi daim hörmət və ehtiramla anılacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:221
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 17 İyul 2026 09:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see317

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see308

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see303

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see276

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see259

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see241

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see238

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see225

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see221

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see219

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see218

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see215

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see209

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see205

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see194

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see194

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see192

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see192

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see176

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri