Professor: Moskva Bakı və İrəvanın sülh prosesinə mane ola bilməyəcək
Icma.az, Reyting.az saytına istinadən bildirir.
Azərbaycan və Ermənistan arasında münasibətlər normallaşma istiqamətində inkişaf edir ki, bu da real sülh perspektivinin formalaşmasına zəmin yaradır. İki ölkə arasında sülh sazişinin imzalanması uzunmüddətli təhlükəsizlik, sərhədlərin sabitliyi və qarşılıqlı etimadın bərpası baxımından mühüm əhəmiyyət daşıyır.
Sabiq dövlət müşaviri, professor Qabil Hüseynli “Reytinq” qəzetinə açıqlamasında bildirib ki, mövcud gərgin beynəlxalq münasibətlər fonunda Azərbaycan və Ermənistanın bir-birini anlamağa çalışması təqdirəlayiqdir.
Azərbaycan-Ermənistan münasibətlərində qarşılıqlı inam və etibarın yaranmasının sülh baxımından xüsusi önəm daşıdığını deyən professor qeyd edib ki, həm Azərbaycanda, həm də Ermənistanda müdrik insanlar sülhün alternativinin olmadığını yaxşı anlayırlar:
“Əlbəttə, Ermənistanda sülhə qarşı olan qüvvələr də mövcuddur və onların ipləri öz əllərində deyil. Lakin ümumilikdə cəmiyyətin böyük əksəriyyəti sülh tərəfdarıdır”.
Bu il Ermənistanda parlament seçkilərinin keçiriləcəyini xatırladan Q. Hüseynli hesab edir ki, 2026-cı ildə Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması mümkündür.
Professor son dövrlər Rusiyada Kremlin qeyri-rəsmi ruporları kimi çıxış edən Aleksandr Duqin, Vladimir Solovyov və digər şəxslərin açıqlamaları fonunda Moskvanın Bakı ilə İrəvan arasında sülhə mane ola bilməyəcəyi qənaətini də bölüşüb. Onun fikrincə, bu şəxslər rus cəmiyyətində şovinist əhval-ruhiyyəni təbliğ edir və yeni ərazi iddiaları ilə bağlı əsassız fikirlər səsləndirirlər:
“Onlar anlamırlar ki, bu cür şovinist yanaşmalar artıq təsir gücünü itirib. Rusiya hazırda dərin böhran içindədir və belə bir vəziyyətdə yeni torpaq iddiaları ilə uğur qazanmaq real deyil”.
Qeyd edək ki, Azərbaycan və Ermənistan arasında ticarət əlaqələri tədricən inkişaf edir. Bu proses yaxın gələcəkdə iqtisadi əməkdaşlıq imkanlarının genişlənməsinə, regional kommunikasiyaların açılmasına, Cənubi Qafqazda geosiyasi risklərin azalmasına, inkişaf və inteqrasiyanın sürətlənməsinə şərait yarada bilər.
Nemət ORUCOV
Reyting.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 23 Yanvar 2026 09:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















