Professor Roida Rzayevanın növbəti kitabı nəşr olunub
Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun şöbə müdiri, fəlsəfə elmləri doktoru, professor Roida Rzayevanın “Siyasətin fəlsəfəsi. Analitik diskurslar: ideologiya, media, diplomatiya” adlı yeni monoqrafiyası işıq üzü görüb.
Bakıvaxtı.az xəbər verir ki, monoqrafiya şəbəkə sosiallığı və rəqəmsallaşma dövründə siyasət, ideologiya və medianın fənlərarası təhlilinə həsr olunub.
Kitab iki hissədən – praktiki (tətbiqi) və nəzəri (konseptual) bölmələrdən ibarətdir. Hər bir bölmədəki fəsillər həm müstəqil araşdırma kimi, həm də vahid elmi konsepsiyanın tərkib hissəsi kimi təqdim olunur.
Tətbiqi hissədə siyasət, dövlət idarəçiliyi, ideologiya və media problemləri müasir çağırışlar fonunda araşdırılır. Buraya postklassik siyasi mənzərə, şəbəkə sosiallığının öyrənilməsi metodları, sosio-kommunikativ texnologiyalar (o cümlədən memlərin yaradılması), sosiallığın mifologiyası, siyasətin medialaşması, informasiya müharibələri, kiber-simulyakrlar, feyklər (post-həqiqət, post-məxfilik), kibertəhlükəsizlik, onlayn siyasi səfərbərlik, böyük verilənlər və yeni epistemoloji paradiqma, hakimiyyətin fəlsəfi əsasları, dövlət idarəçiliyinin aparıcı kateqoriyaları, idarəetmədə müasir tendensiyalar, internet texnologiyalarından istifadə, risklərin idarə edilməsi, siyasi şüur, rəqəmsal diplomatiya, media mədəniyyəti, kommunikasiya arxitekturası, simvolik siyasət, məna istehsalı, ideologemlər, yumşaq güc, mentalitet, habitus və digər mövzular daxildir.
Nəzəri hissə isə modernləşmə və elitalar nəzəriyyəsi, postmodernləşmə, qlokallaşma, beynəlxalq münasibətlər və beynəlxalq hüquq kontekstində postmodern diskurs, dialoq fəlsəfəsi, multikulturalizm kimi məsələlərin elmi interpretasiyasını təqdim edir.
Monoqrafiya alimlər, sosial elmlər üzrə mütəxəssislər, filosoflar, politoloqlar, siyasi strateqlər, dövlət qulluqçuları, ictimaiyyətlə əlaqələr üzrə mütəxəssislər, media işçiləri, diplomatlar və müasir siyasət, siyasi fəlsəfə, siyasi sosiologiya, siyasi psixologiya, siyasi antropologiya, geosiyasət, dövlət idarəçiliyi və medialogiya ilə maraqlanan geniş oxucu auditoriyası üçün nəzərdə tutulub. Kitab həmçinin dərs vəsaiti kimi də istifadə oluna bilər.
Zeynəb Rzayeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:52
Bu xəbər 12 Dekabr 2025 15:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















