Icma.az
close
up
RU
Professor: Türkiyənin təklifinin alternativi müharibədir

Professor: Türkiyənin təklifinin alternativi müharibədir

Icma.az, Reyting.az portalına istinadən məlumatı açıqlayır.


“Türkiyənin Rusiya-Ukrayna müharibəsində vasitəçilik etməsinə, bu müharibəni dayandırmaq üçün iş görməsinə etiraz edən yoxdur. ABŞ lideri də Türkiyədən bu prosesdə iştirak etməsini istəyib, Rusiya Türkiyənin vasitəçi olmasına etiraz etməyib, Ukrayna lideri artıq bu ayın 15-də danışıqlar üçün İstanbula səfər etməyə hazır olduğunu bildirib, Avropa liderləri də müharibənin dayandırılması üçün qardaş Türkiyənin önə çıxmasına qarşı olmadıqlarını bəyan ediblər. Əslində bütün bunlar Türkiyənin nüfuzunun, regional və qlobal baxımından artan rolunun sübutudur”.
Bunu “Reytinq” qəzetinə açıqlamasında professor Qabil Hüseynli deyib.
“Türkiyə dəfələrlə diplomatik bacarıq göstərib, ən müxtəlif yerlərdə qarşıdurmaların önünü almaq üçün səylərini ortaya qoyub. Buna qədər də Türkiyə Rusiya və Ukrayna nümayəndələrini bir araya gətirib. Türkiyə region dövlətidir və açıq şəkildə tərəflərdən birini müdafiə etmir, fəaliyyətini beynəlxalq hüquq prizmasından həyata keçirir. Bu baxımdan Türkiyənin təşəbbüsü yerindədir və müsbətdir”,- Q. Hüseynli söyləyib.
Müsahibimiz əlavə edib ki, Türkiyə tərəfləri bir araya gətirib, mövqelərinin uzlaşmasına yardım göstərə bilsə də, son anda qərarı Rusiya və Ukrayna liderləri verməlidir: “Artıq Ukrayna prezidenti İstanbula səfər etməyə və Vladimir Putinlə danışıqlar aparmağa hazır olduğunu elan edib. Təəssüflər olsun ki, indiyə qədər Kreml Putinin İstanbulda danışıqlarda iştirakını təsdiqləməyib. Bu halda Zelenski İstanbulda masada tək otura bilər. Düşünürəm ki, indiki halda Ukrayna danışıqlara hazırdır, gözlənti Rusiya liderindəndir. Onun danışıqlarda bilavasitə iştirakına dair dəqiq məlumt yoxdur. Putin özü elan etmişdi ki, şərt irəli sürmədən birbaşa danışıqlara hazırdır. Ancaq indi şərtlər irəli sürülür, danışıqlar ərəfəsində konkret mövqe ifadə edilmir. Nəzərə almaq lazımdır ki, sülhün əldə edilməsi üçün hər iki tərəf masada oturmalıdır. Amma Rusiya liderinin İstanbulda danışıqlar masasında oturub-oturmayacağı hələlik bilinmir”.
Professor xatırladıb ki, sülh danışıqlarının alternativi indi Rusiya və Ukrayna arasında müşahidə edilən müharibədir: “Danışıqlar olmasa, Ukrayna öz ərzilərini geri qaytarmaq, ərazi bütövlüyünü bərpa etmək üçün döyüşə davam edəcək. Bu işdə ona Avropa ölkələri dəstək verəcəklər. Eyni zamanda ABŞ-dan da müəyyən dəstək olacaq. Amma düşünmürəm ki, dünya beynəlxalq hüququn pozulmasını, dünyanın orta əsirlər dövrünə aparılmasına razılıq versin. Odur ki, Rusiya da müharibə və onun nəticələri haqqında düşünməlidir”.
Y. QACAR
Reyting.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:173
embedMənbə:https://reyting.az
archiveBu xəbər 13 May 2025 16:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see286

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see266

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see263

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see259

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see249

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see240

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see240

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see231

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see231

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see228

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see215

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see215

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see209

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see208

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see202

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see200

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see198

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see193

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see192

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri