Icma.az
close
up
RU
Menu

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

İbrahim Tatlısesin model gəlininin evini su basdı

Professor Xəzərdə sirli varlıqlar görüb Suya datçik salladıq və...

Professor Xəzərdə sirli varlıqlar görüb Suya datçik salladıq və...

Baku.ws saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Tarix boyu Xəzər dənizi ilə bağlı qəribə müşahidələr və mistik söz-söhbətlər gedib. Xəzər dənizində mövcud olduğu deyilən amfibiya adamlarla bağlı mətbuatda dəfələrlə yazılar dərc olunub, kimiləri onu neft daşlarında platformada, balıqçılar isə dənizin içində gördüyünü deyib.

Bəs görəsən, həqiqətən belə varlıqlar mövcuddur? Bu məsələyə elm nə deyir? Xəzər dənizinin suyu çirkləndikcə burada yaşayan canlılar, balıqlar mutasiyaya uğraya və insanlara qəribə varlıqlar kimi görünə bilərmi?

Məsələ ilə əlaqədar BAKU.WS-in suallarını Elm və Təhsil Nazirliyinin Həsən Əliyev adına Coğrafiya İnstitutunun Xəzər Dənizi şöbəsinin müdiri, professor Əmir Əliyev cavablandırıb.

Xəzərşünas deyir ki, təqribən 50 il əvvəl, hələ tələbə ikən özünün də başına bu qəribə varlıqlarla bağlı maraqlı olay gəlib. O, hətta bu "amfibiyaların" fotosunu da çəkib:

"Deməli mən Xəzər Dənizində uzun müddət müşahidələr aparmışam. Təqribən 1976-77-ci illərdə biz Xəzər dənizində, indiki Pirallahı adasından 20-30 kilometr şimal şərqdə yerləşən platformada dəniz suyunun temperaturunu ölçürdük. Ora sensor (datçik) deyilən cihazları sallamışdıq. Mən də yuxarıdan dayanıb onların fotosunu çəkdim. Sonra biz bu şəkili hazır vəziyyətə gətirdik. O vaxt mən Moskvada aspirant idim. Fotonu hazırlayanda gördük ki, "datçik"in ətrafında su pərisinə oxşayan canlılar var. Bunu bizim institutun müəllimləri baxdı, maraqlı gəldi onlara da ki bu nə olan şeydir? Daha sonra məsələ gedib direktora çatmışdı. O da fotoya baxıb dedi ki, "siz orada nə işlə məşğul olmusunuz? Dissertasiya müdafiəsində yadına salaram!".

Professorun sözlərinə görə, ona həmin hadisə ilə bağlı sonradan elə də inandırıcı olmayan arqument gətirilib.

"Sonra bizə bildirildi ki, guya bu lentə həmin fotolar daha əvvəl çəkilib və yeni görüntü onun üzərinə düşüb. Ancaq yadımdadır ki, mən o lenti mağazadan almışam", - deyə o əlavə edib.

Mütəxəssis deyir ki, belə söhbətlər dünya okeanlarında da var:

"At və insan başına oxşayan balıqlar müşahidə olunur. Deyirlər ki, əvvəllər yer üzü tamamilə sudan ibarət olub. Daha sonra burada qurular əmələ gəlib, tektonik proseslər gedib. Beləliklə balıqlar quruya çıxmağa başlayıb, mutasiya gedib və insan formasına gəlib. Belə fərziyyələr var. Su itilərin Xəzər dənizində olması Xəzər Dənizinin dünya okeanı ilə əlaqəsinin sübutudur. Xəzərdə hətta şimal dənizlərinə xas 5-6 balıq növləri də var. Onlar hazırda da Xəzərdə yaşayırlar".

Ekspert deyir ki, Xəzər dənizi beş milyon il bundan əvvəl yaranıb. O zaman dağəmələgəlmə prosesi nəticəsində Xəzər dənizi Tetis okeanından ayrılıb. Onun içərisində Aralıq dənizi, Qara dəniz, Aral dənizi də yer alıb.

"Fikrimcə balıqların mutasiyası məsələsi Xəzərin çirklənməsi ilə əlaqədar deyil. Çünki Xəzər dənizi neft çıxarıldıqdan sonra - son 200 ildə çirklənib. Amma ondan əvvəl də Xəzərdə flora və faunanın uyğunlaşması ilə bağlı təbii proseslər müşahidə olunub. Belə varlıqları həm balıqçılar, həm neft daşlarında işləyənlər görə biliblər. Hətta bizə də bu barədə danışıblar. Onlardan birinə mən öz çəkdiyim fotonu göstərmişəm. Ona görə də ola bilsin belə hallar əfsanə deyil. Bəzi dünya okeanında insana bənzər balıqlar yaşayır".

Banu Hüseynli

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:179
embedMənbə:https://baku.ws
archiveBu xəbər 25 Noyabr 2025 17:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see381

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see374

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see357

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see344

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see247

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see242

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see241

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see234

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see234

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see227

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see221

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see217

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see215

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see209

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see202

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see186

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see183

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see173

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see163

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri