Icma.az
close
up
RU
Professor: Zəhərlənmələr daha çox səhlənkarlıqdan, məsuliyyətsizlikdən qaynaqlanır

Professor: Zəhərlənmələr daha çox səhlənkarlıqdan, məsuliyyətsizlikdən qaynaqlanır

Sherg.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bayram günü  Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə zəhərlənmə şübhəsi ilə bağlı 28 müraciət daxil olub.

"Sherg.az" xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb. Bildirilib ki,  31 dekabr tarixində müraciət edənlərdən 14-ü alkoqol , 5-i dərman, 6-si dəm qazı, 2-si allergik reaksiya, 1 nəfər isə botilizmlə zəhərlənib. Zəhərlənən şəxslərə zəruri tibbi xidmətlər göstərilib, ambulator müalicə üçün evə buraxılıblar. 


Hər bayramda qida  zəhərlənmələrinin diqqətçəkən dərəcədə artdığını xatırladan tibb eksperti, professor Adil Qeybulla “Sherg.az”a açıqlamasında zəhərlənmə hallarının səhlənkarlıqdan, insanların məsuliyyətsiz davranışından qaynaqlandığını deyib. Həkimin sözlərinə görə, qida toksik infeksiyalarından, qida zəhərlənmələrindən qorunmağın birinci yolu, düzgün qidalanmadır: "Zəhərlənmələr nədən baş verir? Qidaların düzgün saxlanılmamasından,düzgün istifadə olunmamasından, qidaların konservləşdirmə prosesinin düzgün aparılmamasından və sair.

Bizim Azərbaycan xalqı da  bayrama xüsusi hazırlaşır, cürbəcür yeməklər, şirniyyat bişirirlər. Halbuki  yeməyin də bir qayda-qanunu, bir həddi var. Bayramdı deyə, vaxtsız-vədəsiz yemək qəbul etmək düzgün deyil. Bir tərəfdən də boyat yeməklər vəziyyəti ağırlaşdırır. Plov yağlı, ağır yeməkdir. Digər milli yeməklərimizdə də yağlılıq yüksək faizdədir. Bir gün əvvəl hazırlanmış, boyatlaşmış yağlı yemək mədə-bağırsaq pozuntusuna gətirib çıxara bilər. Nizamsız yemək, yağlı yemək, üzərindən şirniyyat, payızda konservləşdirilmiş məhsullardan istifadə etmək, bunlar hamısı zəhərlənmə ehtimalını artırır. Pomidor turşusu, xiyar turşusu, başqa tutmalar digər ərzaqlarla qarışdıqda zəhərlənməyə gətirib çıxara bilər. Bəlkə də bu yeməklər uzun müddət kənar təsirlərə, çirklənməyə məruz qalır və bu da tərkiblərində müxtəlif bakteriyaların yaranmasına səbəb olur.  Yeməklər böyük həcmdə hazırlanır,  axşam bişirilmiş xörək ertəsi gün də süfrəyə gətirilir, nəticədə zəhərlənmə üçün şərait yaranır".


Statistik məlumatda alkoqollu içkidən zəhərlənmə  faktlarının çoxluq təşkil etməsinə gəldikdə isə terapevt qeyd edib ki, əksər hallarda  spirtli içkilər standartlara cavab vermir. Bu da ilk növbədə onların düzgün texniki standartlara uyğun hazırlanmaması ilə bağlıdır: "Spirtli içkilərin müəyyən dozası var. Həmin dozanı keçdikdə yuxu effekti yarada, hətta ölümə də gətirib çıxara bilər. Satışda olan içkilərin əksəriyyəti texniki standartlara cavab vermir. Onlar müxtəlif yerlərdə hazırlanmış içkilərdir. Təəssüflər olsun ki, bu məsələ çox nəzarətsizdir. Digər tərəfdən isə spirtli içkiləri qəbul edən şəxslər dozaya məhəl qoymurlar. Bu da ki, orqanizmdə ciddi dəyişikliklər yaradır. Orqanizm dozanı qəbul etmədikdə onu orqanizmdən kənar etməyə çalışır. Qusma, ümumi halsızlıq əlamətləri olur. Bu alkoqol zəhərlənməsi kimi dəyərləndirilə bilər”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:215
embedMənbə:https://sherg.az
archiveBu xəbər 03 Yanvar 2025 21:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri