Prokuror Surxay Əliyevə CƏZA İSTƏDİ
Lent az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Bizim dövr" qəzetinin və Aktualinfo.az saytının həbsdə olan baş redaktoru Surxay Əliyevin və müavini Hikmət Nəcəfli barəsində cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Lent.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.
Prokuror Surxay Əliyevin 9 il, Hikmət Nəcəflinin 9 il 6 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini təklif edib.
Vəkillər çıxış üçün vaxt istəyib.
Məhkəmə fevralın 12-də davam etdiriləcək.
Qeyd edək ki, onlar polis əməkdaşları tərəfindən saxlanılıb. Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək) və 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə) maddələri ilə ittiham edilirlər./APA
Baxış sayı:59
Bu xəbər 10 Fevral 2025 13:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















