Prokuror tanınmış hüquq müdafiəçisinə 14 il həbs cəzası istədi
Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Dövlət ittihamçısı Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədlinin 14 il, onunla birgə ittiham olunan Anar Abdullayevin isə 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Modern.az-a "Report"a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə məhkəmə istintaqının yekunlaşdığı elan olunub.
İclas tərəflərin çıxışları ilə davam edib. Dövlət ittihamçısı da öz növbəsində çıxış edib.
Məhkəmənin növbəti iclası avqustun 7-nə təyin olunub.
Qeyd edək ki, Anar Məmmədli 2024-cü ilin aprel ayında saxlanılıb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Anar Abdullayev isə aprelin 8-də iş üzrə təqsirli bilinib və barəsində məhkəməyədək polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilib.
Onlar Cinayət Məcəlləsinin 192.3.2-ci, 193-1.3.1, 193-1.3.2, 206.4, 213.2.1, 320.1 və 320.2-ci maddələri ilə ittiham olunurlar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:164
Bu xəbər 24 İyul 2026 13:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















