Icma.az
close
up
RU
Prokuror Toğrul Kərimova cəza istədi

Prokuror Toğrul Kərimova cəza istədi

Icma.az bildirir, Lent az saytına əsaslanaraq.

Toğrul Kərimova qarşı məhkəmə istintaqı başa çatıb.

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi üzrə 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.

Zərərçəkmişlər bildiriblər ki, təqsirləndirilən şəxs onlara vurduğu maddi ziyanı ödəməyib. Onlar Toğrul Kərimova mümkün olan ən ağır cəzanın verilməsini istəyiblər.

Müdafiə tərəfi isə Toğrulun ailə vəziyyətini dilə gətirib. Vəkili bildirib ki, onun azyaşlı övladı var və bunun nəzərə alınmasını xahiş edib.

Təqsirləndirilən şəxs isə məhkəmədən əlavə vaxt istəyib – son sözünü deməyə hazır olmadığını bildirib. 

Növbəti proses 18 iyula təxirə salınıb.

Qeyd edək ki, ittiham aktına görə Kərimov Toğrul Məmmədrəhim oğlu özünü "Arif Kalkavan -AKO" MMC-nin rəhbəri kimi təqdim edib. Həmin şirkətə işə qəbul olunmaları və dənizçilik pasportunun verilməsi müqabilində Nağıyeva Nigar Seyran qızının vasitəsilə 2022-ci ilin may-iyun ayları ərzində Bakı şəhər ərazisində Həsənov Səhnan Arif oğlu, Ağcayev Məmməd Bəxtiyar oğlu, Mustafayeva Aynur Vəli qızı, Məmiyev Elçin Əlizamin oğlu və digərlərindən, hər birindən 300-700 manat olmaqla, ümumilikdə 14 min manata yaxın pulu alaraq dələduzluq yolu ilə ələ keçirib.

O, həmçinin "Tap.az" saytında yerləşdirdiyi iş elanı vasitəsilə ona müraciət etmiş Tağıyeva Aydan Əflan qızına Abşeron rayonu, Xırdalan şəhərində özəl bağçada müəllimə kimi işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq ümumilikdə 1800 manat pulunu dələduzluq mənimsəyib.

Kərimov Toğrul Məmmədrəhim oğlunun ona istinad edilən cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ödəniş qəbzləri, eləcə də iş materiallarına əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilib.

Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb.

Fidan Fərmanlı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:283
embedMənbə:https://lent.az
archiveBu xəbər 11 İyul 2025 16:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see398

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see388

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see341

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see324

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see309

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see250

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see248

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see248

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see244

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see224

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see217

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see215

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see211

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see206

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see205

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see205

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see202

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see201

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see193

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri