Icma.az
close
up
RU
Prokurorluğa qəbul üzrə imtahanın nəticələri AÇIQLANDI

Prokurorluğa qəbul üzrə imtahanın nəticələri AÇIQLANDI

Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Prokurorluq orqanlarında qulluğa qəbulla əlaqədar elan edilmiş müsabiqənin ikinсi – yazılı imtahan mərhələsinin nəticələri açıqlanıb. 
Baş Prokurorluğun Mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında Əsasnamə”yə və Baş Prokurorluğun “İşin Təşkili Qaydaları”na uyğun olaraq cari ildə prokurorluq orqanlarında qulluğa qəbulla əlaqədar elan edilmiş müsabiqənin ikinсi – yazılı imtahan mərhələsinə yekun vurulub. 
Yazılı imtahanda uğur qazanmış namizədlərin siyahısı Baş Prokurorluğun rəsmi internet səhifəsində (www.genprosecutor.gov.az) yerləşdirilib. 
Müsabiqənin ikinci mərhələsində müvəffəqiyyət qazanmış 70 namizəd “İşin Təşkili Qaydaları”na əsasən tibbi müayinədən keçib müsbət rəy aldıqdan sonra müsabiqənin növbəti – müsahibə mərhələsinə dəvət ediləcəklər. 
Müsahibə Baş Prokurorluğun inzibati binasında keçiriləcəkdir (ünvan: Bakı şəhəri N.Rəfibəyli küçəsi 7). 
 

Namizədlər tibbi müayinədən keçmək üçün 4 dekabr 2024-cü il tarixdən 6 dekabr 2024-cü il tarixədək (həmin gün də daxil olmaqla) şəxsiyyət vəsiqəsi ilə birgə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin Poliklinikasına müraciət etməlidirlər (ünvan: Bakı şəhəri Nərimanov rayonu Ceyhun Hacıbəyli küçəsi 16/18). 


Əlavə məlumat almaq üçün 361-00-76, 361-00-77, 361-00-78, 361-00-79, 361-00-80 və 361-00-81 nömrəli telefonlar vasitəsi ilə müraciət etmək olar. 
Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://bizim.media
archiveBu xəbər 02 Dekabr 2024 15:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ankara-Şam reysləri başlayır. İlk uçuş 17 iyun çərşənbə axşamı günü olacaq

06 İyun 2025 07:42see301

Depressiya və narahatlıq yaradır Gec yatanların nəzərinə!

06 İyun 2025 18:50see173

Yayda ətir necə seçilməlidir? Tanınmış əttardan TÖVSİYƏLƏR

07 İyun 2025 13:47see128

Qurban bayramı: Səxavət, yardımlaşma və mənəvi təmizlənmə rəmzi

06 İyun 2025 07:31see123

Həcc ziyarətinə 2 milyondan çox müsəlman gedib

06 İyun 2025 12:32see121

Mbappe Fransa millisində tarix yazdı Anrini də keçdi

06 İyun 2025 16:16see118

Azərbaycan dilində şeir oxuyan Pezeşkian Ermənistanda nə deyəcək? KONKRET

06 İyun 2025 15:05see118

Ukrayna okeanda rus gəmilərinə hücum edə bilər

07 İyun 2025 01:26see117

Ukrayna ordusu Rusiya qırıcılarının yerləşdiyi iki aerodromu vurdu

06 İyun 2025 12:23see116

Bu heyvan kənd təsərrüfatını MƏHV EDİR

06 İyun 2025 17:47see116

Azərbaycanın təbii qazını Bolqarıstana nəql edən IGB nin tədarük həcmi açıqlanıb

06 İyun 2025 22:03see115

Dəmir yolunda partlayış lokomotiv relsdən çıxdı

06 İyun 2025 11:37see115

Handeylə Barışın qırmızı xalı tərzi

06 İyun 2025 16:28see115

Allahşükür Paşazadə: Yeni Roma papası ilə görüşümüz nəzərdə tutulub

06 İyun 2025 09:37see114

Cəhənnəm istisi bu ölkəni məhv edəcək: XƏBƏRDARLIQ

06 İyun 2025 20:16see113

Niyə ucuz telefon adapterlərindən istifadə etmək olmaz? SƏBƏB

06 İyun 2025 19:58see112

Dünya çempionu olan Əminə Əliyevanın məşqçiləri DANIŞDILAR

06 İyun 2025 21:24see112

Tovuzda ailə davası: 1 nəfər baltalandı… KONKRET

06 İyun 2025 16:14see112

Putin Rusiyadakı müsəlmanlara jest etdi

06 İyun 2025 11:10see112

Mingəçevirdə müəmmalı ölüm: Oğulları güllələnən ər arvad evdə ölü tapıldı

07 İyun 2025 00:12see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri