Prokurorluğa qəbulla əlaqədar 171 hüquqşünas biliyini sınayır Heydər Məmmədov
Unikal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Prokurorluq orqanlarına qulluğa qəbulla əlaqədar 27-ci müsabiqənin yazılı imtahan mərhələsində 171 hüquqşünas biliyini sınayır".
"Unikal" xəbər verir ki, bunu Baş Prokurorluğun Müsabiqə Komissiyasının sədri, Baş prokurorun müavini Heydər Məmmədov prokurorluq orqanlarında qulluğa qəbul olunmaq arzusunda olan şəxslər üçün vakant ştat vahidləri üzrə elan edilmiş növbəti - 27-ci müsabiqənin yazılı imtahan mərhələsi zamanı açılış nitqində deyib.
"Müsabiqə yolu ilə qulluğa qəbul olunmuş hüquqşünasların əksəriyyəti hal-hazırda yuxarı təsnifatlı vəzifələrə irəli çəkilib. Baş Prokurorluğun müxtəlif strukturların rəhbərləri, eləcə də rayon və şəhər prokuroru kimi fəaliyyət göstərirlər. Dövlət başçısı tərəfindən onlara ali xüsusi rütbələr verilib".
Heydər Məmmədov bildirib ki, bu gün 50 ştat vahidi üzrə 27-ci müsahibənin ikinci turu keçirilir: "Birinci turda müvəfəqiyyət qazanmış namizədlərdən 171-i bu gün öz biliyini sınayır".
"Hər bir gənc prokurorluq əməkdaşının nailiyyəti – birinci növbədə möhtərəm cənab Prezident İlham Əliyev tərəfindən aparılan Uğurlu və Rezultativ Gənclər Siyasətinin - təcəssümüdür"- deyə Baş prokurorun müavini qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:53
Bu xəbər 14 Noyabr 2025 11:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















