Prokurorluq əməkdaşları daim dövlət və dövlətçilik ideyalarına sadiq olmalıdırlar Kamran Əliyev
Icma.az bildirir, 525.az portalına istinadən.
"Siz özünüzə çətin, eyni zamanda, şərəfli peşə seçmisiniz. Bu məsuliyyəti daşımaq, verilən etimadı qorumaq çox çətindir. Təcrübə və təhlillər göstərir ki, bəzən işə qəbul olunan prokurorluq əməkdaşları bu peşənin məsuliyyətinə, zəhmətinə tab gətirə bilməyiblər. Qeyd etməliyəm ki, 2020-2021-ci illərdən etibarən 339 gənc hüquqşünas prokurorluq orqanına işə qəbul olunub. Onlardan 23 nəfəri fəaliyyətini dayandırıb. Bu kiçik rəqəm deyil. Düzdür, onların içərisində başqa vəzifələrə gedən də olub. 4 nəfəri xidməti araşdırma nəticəsində orqandan xaric etmişik. 5 nəfər çətin şəraitdə işləmək istəməyib. Həmçinin bu sayın içərisində dünyasını dəyişənlər də olub".
525.az xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev Azərbaycan Respublikasının prokurorluq orqanlarında qulluğa yeni qəbul olunmuş gənclərin andiçmə mərasimindən sonra çıxış edərkən deyib.
Baş prokuror çıxışında işə qəbul olunan gənclərə tövsiyələrini də verib. Bildirib ki, bu işi icra etmək mübarizlik və qətiyyət tələb edir: "Prokurorluq əməkdaşları daim dövlət və dövlətçilik ideyalarına sadiq olmalıdırlar. Onlar, həmçinin daim bilik və bacarıqlarını artırmalıdırlar. Bacarıqlarınızı inkişaf etdirmədikdə, yerinizdə qalacaqsınız. Müasir informasiya texnologiyaları və dil bilikləri də bu məsələdə vacib rol oynayır. Çalışırıq ki, xaricdə təhsil alanların sayı daha çox olsun. Dil öyrənmək heç vaxt gec deyil. Eyni zamanda, prokurorluq əməkdaşları daim nizam- intizamlı olmalıdırlar. Sosial mediadan istifadə qaydalarına da diqqət yetirmək lazımdır. Təbii ki, məişətdə davranış qaydalarına da riayət etmək vacibdir. Maraqların toqquşmasından daim kənarda qalmaq lazımdır".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 13 Yanvar 2026 13:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















