Prokurorluq Fransanın mədəniyyət nazirinin mühakimə olunmasını tələb edib
Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Fransada prokurorlar mədəniyyət naziri Raşida Datinin korrupsiyaya görə mühakimə olunmasını tələb ediblər.
APA xəbər verir ki, bu barədə “Le Figaro” qəzeti məlumat yayıb.
Məlumatda bildirilir ki, Milli Maliyyə Prokurorluğu ölkənin mədəniyyət naziri Raçida Dati və Renault-Nissan alyansının sabiq rəhbəri Karlos Qonu korrupsiyada və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham edir və onlara qarşı cinayət işinin başlanmasını tələb edir.
Müstəntiqlərin fikrincə, 2010-2012-ci illərdə Dati Renault-Nissanın hüquq məsləhətçisi və Avropa Parlamentinin üzvü kimi avtomobil alyansının törəmə müəssisəsindən 900 min avro alıb. Eyni zamanda, o, bu pul üçün konkret iş görməyib, ona görə də bu vəsait Avropa Parlamentində lobbiçilik fəaliyyətinin ödənişi hesab oluna bilər. Qo keçən il bu işə görə beynəlxalq axtarışa verilmişdi; o, hazırda Livanda yaşayır.
Dati və Qo prokurorların ittihamlarını rədd edirlər.
Baxış sayı:112
Bu xəbər 16 Noyabr 2024 04:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















