Icma.az
close
up
RU
Prokurorluq hərəkətə keçdi saxta plastik cərrahlar hədəfdə

Prokurorluq hərəkətə keçdi saxta plastik cərrahlar hədəfdə

Icma.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ötən ay Azərbaycanda 50-ə yaxın saxta plastik cərrahın olması ilə bağlı xəbərlər yayılmışdı. Belə ki, ABŞ-də yaşayan Qənirə Ataşova sosial şəbəkə hesabında saxta plastik cərrah olduğu iddia edilən 50 nəfərin adını paylaşmış, bundan sonra həmin şəxslər və müəssisələrlə bağlı hüquq-mühafizə orqanları və Səhiyyə Nazirliyi tərəfindən araşdırmalara başlanmışdı.

Milli.Az xəbər verir ki, Baş Prokorurluğun mətbuat xidmətinin rəisi Saleh Hacıyev məsələyə münasibət bildirib.

O qeyd edib ki, burada problemin mahiyyəti təkcə gözəllik axtarışında olan vətəndaşların hüquqlarının pozulması, onların sağlamlığına hərhansı xəsarət yetirilməsi ilə yekunlaşmır.

"Burada ölkənin tibb sisteminin bütövlüyünün təmin olunması, cəmiyyətimizin sağlamlığının qorunması ilə bağlı təhdidlərlə üzləşirik. Bu sahədə prokurorluq orqanları tərəfindən mütəmadi olaraq işlər aparılır. Vaxtaşırı da bununla bağlı mediada ictimaiyyətə məlumatlar verilir. Qənirə xanımın qeyd etdiyi siyahı açıqlanmamışdan qabaq artıq may ayında prokurorluq orqanları tərəfindən geniş araşdırma aparılmışdı. Araşdırmalarda Səhiyyə Nazirliyi də yaxından iştirak etmişdi. Araşdırmalar zamanı bir neçə istiqamətlər üzrə pozuntular aşkar olunmuşdu", - mətbuat katibi İTV-nin efirində deyib.

S.Hacıyevin sözlərinə görə, ilkin olaraq müəyyən olunub ki, müvafiq tibb təhsili olmayan şəxslər tərəfindən plastik əməliyatlar icra olunur:

"Bəzi hallarda müəyyən olunmuşdur ki, şəxsin tibb təhsili var, amma plastik tibbi əməliyyatları icra etməsi üçün praktiki tibbi fəaliyyətə dair qanunla nəzərdə tutulmuş sertifikasiya şəhadətnaməsi yoxdur. Ümumilikdə pozuntularla bağlı araşdırma aparan zaman, 18 halda İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə həm hüquqi, həm də vəzifəli şəxslər barəsində inzibati icraatlar başlandı. Həmin şəxslərin əksəriyyəti paytaxt ərazisində fəaliyyət göstərsə də, bölgələrdə də araşdırmalar aparılır. Qənirə xanımın qeyd etdiyi şəxslərin bəziləri barəsində də inzibati icraatlar başlanıb, bəzi şəxslər barəsində faktlar öz təsdiqini tapmayıb. 8 halda qanun pozuntularını doğuran səbəb və şahidlərin aradan qaldırılması üçün xəstəxanalara Səhiyyə Nazirliyi vasitəsilə təqdimatlar göndərilmişdi. Həmin təqdimatların müzakirəsində də prokurorluq əməkdaşları, xəstəxana rəhbərliyi və həmin sahədə çalışan həkimlər iştirak etmişdi. Bundan başqa müəyyən hallar aşkar olunmuşdur ki, tibbi fəaliyyət göstərən şəxslər kobud qanun pozuntularının astanasındadır. Yəni onlar bir neçəm addım sonra sadaladığımız ciddi qanunsuzluqları törədə bilərlər. Ona görə də onlara xəbərdarlıqlar olunmuşdur. İşlər davam edir, vətəndaş müraciətlərindən əlavə biz sosial media vasitəsilə də ictimailəşən müraciətləri öyrənirik".

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:245
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 11 Dekabr 2024 15:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see362

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see348

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see340

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see334

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see333

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see304

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see299

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see291

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see270

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see266

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see243

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see241

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see224

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see215

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see205

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see204

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see198

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see198

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see194

Второй день мероприятий OBS Global в ОАЭ

25 Oktyabr 2026 00:17see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri