Prokurorluq işçisinin prokurorluqda qulluqda olmasının yaş həddi artırılır
Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.
Prokurorluq işçisinin prokurorluqda qulluqda olmasının yaş həddi artırılır.
APA-nın xəbərinə görə, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, prokurorluq işçisinin prokurorluqda qulluqda olmasının yaş həddi 60 yaşdan 65 yaşa qaldırılır.
Qeyd edilib ki, dəyişikliyin əsas məqsədi uzunmüddətli təcrübəyə malik prokurorluq işçilərinin prokurorluq orqanlarında fəaliyyətini davam etdirməsinə şərait yaradaraq prokurorluq orqanlarının səmərəliyinin artırılmasıdır.

Prokurorluq işçisinin prokurorluqda qulluqda olmasının yaş həddi artırılıb
04 Avqust 2025 16:33
Prokurorluqda qulluqda olmanın yaş həddi artırılır
08 İyul 2025 11:48
Onların qulluqda olmasının yaş həddi artırıldı Təsdiqləndi
04 Avqust 2025 16:57
Onların vəzifədə olmasının yaş həddi artırılır
28 Fevral 2025 13:24

