Icma.az
close
up
RU
Prokurorluq Nəzrini öldürən həkimlə bağlı araşdırmaya başladı Klinika isə susur...

Prokurorluq Nəzrini öldürən həkimlə bağlı araşdırmaya başladı Klinika isə susur...

Icma.az, Teleqraf.com portalına istinadən məlumatı açıqlayır.

Burun əməliyyatından sonra komaya düşüb, daha sonra vəfat edən 30 yaşlı Nəzrin Mansurovanın ölümü ilə bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırılmalara başlanılıb.

Bu barədə Teleqraf.com -un sorğusuna cavab olaraq Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

“Əlavə məlumat olan kimi yayımlayacağıq”- qurumdan bildirilib.

Qeyd edək ki, mərhum bu ilin yanvarın 3-də Mərcan Klinikasında həkim Sənan Mehdiyev tərəfindən burun əməliyyatı olunub. Bir gün sonra halı pisləşib. Yanvarın 5-də Mansurova “Liv Bona Dea” hospitalının reanimasiya şöbəsinə kritik vəziyyətdə yerləşdirilib. O süni nəfəs aparatına qoşulub, intensiv müalicə aparılıb. Amma bütün səylərə baxmayaraq, Nəzrin komadan ayılmayıb və yanvarın 12-də dünyasını dəyişib.

Nəzrin hələ komaya düşəndə faktla bağlı Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi yoxlamalara başlamışdı. Mərkəzdən Teleqraf.com-a bildirilib ki, yoxlamanın nəticəsi barədə rəy hələ hazır deyil.

“Hazır olan kimi məlumat veriləcək”

Bu, Sənan Mehdiyevin ölümlə nəticələnən ilk işi deyil. Həkim təxminən 10 il bundan öncə 18 yaşlı qızın ölümünə səbəb olub və buna görə həbs olunub. Yasamal rayon məhkəməsinin hökmünə əsasən Sənan Mehdiyev 8 ay 23 gün müddətinə azadlıqdan məhrum edilib. Onun azadlıqdan məhrumetmə cəzası əvvəllər barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ilə əvəzlənib və cəzası çəkilmiş hesab olunub.

Bu da ikinci ölüm hadisəsi.

Baş vermiş bu faciədən sonra Sənan Mehdiyev barəsində hansısa tədbir görülübmü sualı ilə “Mərcan” Klinikasına müraciət etdik. Klinikadan bununla bağlı baş həkim Araz Ağalarovla danışa biləcəyimizi dedilər və nömrəni də verdilər. Amma sözügedən nömrəyə dəfələrlə zəng etsək də, onu açan, vatsapla yazdığımız mətni isə cavablandıran olmadı.

Onu da əlavə edək ki, ötən ilin noyabrın 20-də Nərmin İsgəndərova adlı bloger “Mərcan” Klinikasında qarın gərmə və bədən şəkilləndirmə əməliyyatı etdirib və bir müddət sonra vəfat etmişdi. Analitik Ekspertiza Mərkəzi klinikada plandankənar yoxlama aparıb, nəticədə tibbi müəssisə İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə cərimə nəzərdə tutulmaqla inzibati xəta haqqında protokollar tərtib edilərək, aidiyyəti üzrə Səhiyyə Nazirliyinə növbəti icraata göndərilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:185
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 13 Yanvar 2025 18:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see272

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see215

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see195

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see168

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see159

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see157

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see153

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see152

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see148

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see144

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see143

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see140

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see139

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see138

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see135

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see133

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see132

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see126

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see124

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri