Icma.az
close
up
RU
Prokurorluq orqanlarına işə qəbulla bağlı müsabiqə elan edilib

Prokurorluq orqanlarına işə qəbulla bağlı müsabiqə elan edilib

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə gənclərin hərtərəfli inkişafını, cəmiyyətin həyatında fəal iştiraklarını təmin etmək məqsədilə həyata keçirilən gənclər siyasətinin bu gün ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində vətənpərvər və layiqli gənclərin dövlət quruculuğunda rolu daha da artmış, milli-mənəvi dəyərlərimizə dərindən bağlı olan və müasir çağırışlara cavab verə bilən intellektual gənc nəsil formalaşmışdır. Həmin siyasətə uyğun olaraq prokurorluğun kadr tərkibinin şəffaf prosedurlar əsasında komplektləşdirilməsinin ən sivil və demokratik vasitəsi kimi müsabiqə yolu ilə gənc hüquqşünasların işə qəbulunun həyata keçirilməsi prokurorluqda aparılan islahatların mühüm nəticələrindən biri olmuşdur.

XQ xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında” Əsasnamənin tələblərinə müvafiq olaraq, 2002-ci ildən başlayaraq Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi ilə əlaqəli şəkildə dövlət və vətəndaş cəmiyyəti təsisatlarının iştirakı ilə prokurorluq orqanlarında qulluğa qəbulla bağlı keçirilmiş 27 müsabiqənin nəticələri üzrə uğur qazananlar hazırda prokurorluq işçilərinin 97 faizini təşkil edir. Müsbət haldır ki, müsabiqə yolu ilə qulluğa qəbul olunmuş işçilərin böyük əksəriyyəti yuxarı təsnifat vəzifələrə irəli çəkilmiş və hazırda onların bir hissəsi rəhbər vəzifələrdə çalışır. 

Qeyd edilən tədbirlərin davamı olaraq prokurorluq orqanlarına qulluğa qəbul olunmaq arzusunda olan şəxslər üçün Baş Prokurorluq tərəfindən 30 ştat vahidi üzrə növbəti müsabiqə elan edilir.

Prokurorluğa işə qəbul olunmaq istəyən hər bir namizədin bilik səviyyəsinin, ümumi dünyagörüşünün, prokuror və ya müstəntiq vəzifəsinə yararlılığı və layiqliliyinin müəyyən edilməsi məqsədi ilə tam aşkarlıq şəraitində, şəffaf üsullarla və beynəlxalq tələblərə uyğun ixtisas imtahanları (test və yazılı imtahanlar) və müsahibədən ibarət müsabiqə təşkil ediləcəkdir. Müsabiqədə bərabər nəticələr əldə etmiş şəxslərdən xarici dilləri bilənlərə üstünlük veriləcəkdir.

Müsabiqədə iştirak etmək üçün sənədlərini təqdim etmək istəyənlərin nəzərinə çatdırılır ki, namizədlərin ali hüquq təhsili Azərbaycan Respublikası ərazisində müvafiq qaydada tanınan diplomla təsdiq edilməli, onlar dövlət dilini sərbəst bilməli və seçkilərdə iştirak etmək hüququna malik olmalıdır. Prokurorluğa işə 30 yaşınadək olan Azərbaycan Respublikasının vətəndaşları qəbul olunurlar.

“Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən prokurorluğa işə qəbul edilmirlər:

 - ikili vətəndaşlığı olan şəxslər;

- digər dövlətlər qarşısında öhdəlikləri olanlar;

- din xadimləri;

- məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş, tibbi rəyə əsasən fiziki və ya əqli qüsurlarına görə prokuror və ya prokurorluğun müstəntiqi vəzifələrini yerinə yetirməyə qadir olmayan şəxslər;

- alkoqolizm, narkomaniya, toksikomaniya və digər ağır xəstəliklərə tutulmuş şəxslər (bu barədə həkim rəyi olduqda);

- əvvəllər məhkum olunmuş, habelə bəraətverici əsaslar olmadan barəsində cinayət işinin icraatına xitam verilmiş şəxslər;

- əvvəllər yol verdiyi kobud nöqsanlara və ya prokuror və müstəntiq adı ilə bir araya sığmayan hərəkətlərə görə vəzifədən azad edilmiş şəxslər;

- qanunla müəyyən olunmuş müddətli həqiqi hərbi xidmət keçməmiş (qanuni əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olanlar və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilənlər istisna olmaqla) çağırış yaşlı vətəndaşlar.

Sənədlərin qəbulunun elektron qaydada həyata keçirilməsi nəzərdə tutulur.

Müsabiqədə iştirak etmək arzusunda olan və qanunvericiliklə müəyyən olunmuş yuxarıda sadalanan tələblərə cavab verən namizədlər 15 aprel 2026-cı il tarixdən etibarən Baş Prokurorluğun https://hr.genprosecutor.gov.az/ internet səhifəsi vasitəsilə müraciət edərək qeydiyyatdan keçə bilərlər.

Bunun üçün namizəd aşağıdakı ardıcıllıqla qeyd olunan hərəkətləri yerinə yetirməlidir:

1.Yuxarıda qeyd olunan həmin internet səhifəsinə daxil olaraq müvafiq qaydada qeydiyyatdan keçməli;

2. Qeydiyyatdan keçdikdən sonra təqdim olunan bölmələrə (“Əsas göstəricilər”, “Təhsil”, “Biliklər”, “Məhkumluq”, “Hərbi xidmət”, “Qohumlar”, “Əmək fəaliyyəti”, “Sənədlər”, “Əlaqə”) ardıcıllıqla daxil olub tələb olunan zəruri məlumatları tam və dəqiq doldurmalı (bu zaman qohumların əmək fəaliyyəti ilə bağlı məlumatlar “.” (nöqtə) işarəsi qoyulmadan bitmiş fikir (cümlə) formasında göstərilməlidir);

3. Həmin səhifədə yerləşdirilmiş sənədlərin (ərizə, kadrlar uçotunun şəxsi vərəqəsi və tərcümeyi-hal) blanklarını yükləyib içərisini kompüter vasitəsilə tam və dəqiq dolduraraq onları çap edib imzalamalı;

4. İmzalanmış həmin sənədləri, həmçinin şəxsiyyət vəsiqəsini, ali təhsil haqqında (hüquqşünaslıq və ya beynəlxalq hüquq ixtisası üzrə) diplomu (xarici dövlətdə təhsil almış namizədlər həmçinin diplomunun Azərbaycan Respublikası ərazisində tanınması barədə şəhadətnaməni) və diploma əlavəni “PDF” faylı formasında skan edilmiş vəziyyətdə 1 ədəd jpg formatda 4x6 sm ölçüdə ağ fonda rəngli fotoşəkillə birgə qeyd edilən internet səhifəsindəki həmin sənədlərin adlarına uyğun müvafiq bölmələrə yükləməklə müraciətini təsdiq etməlidir.

Nəzərə almaq lazımdır ki, məlumatları yalnız bir dəfə təsdiq etməklə müraciət edilməsi mümkündür və ona görə də bütün məlumatların təsdiqdən əvvəl diqqətlə tərtib olunması zəruridir.

Sənədlərin qəbulu barədə elektron poçt ünvanı vasitəsilə müraciət edən şəxslərə məlumat veriləcəkdir.

Test imtahanının yekunlarına görə 70 və daha artıq bal toplayan namizədlər yazılı imtahana buraxılacaqdır.

Test imtahanının vaxtı, yeri, imtahan suallarının hazırlanmasında istifadə edilmiş normativ sənədlərin siyahısı və müsabiqə ilə bağlı digər məsələlər barədə kütləvi informasiya vasitələrində, o cümlədən Baş Prokurorluğun internet səhifəsində (www.prokurorluq.gov.az, www.genprosecutor.gov.az) məlumat veriləcəkdir.

Əlavə məlumat almaq üçün 437-28-56, 361-00-78, 361-00-79, 361-00-80, 361-00-81 nömrəli telefonlar vasitəsilə müraciət etmək olar.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:230
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 14 Aprel 2026 12:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see321

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see289

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see288

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see286

Pasterin yeni albomu zirvəyə yüksəldi “012”

23 Noyabr 2026 13:50see276

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see260

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see253

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see241

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see239

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see235

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see235

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see232

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see217

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see216

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see216

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see214

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see211

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see207

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see193

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri