Icma.az
close
up
RU
Prokurorluq: yarım ildə 17 mindən çox cinayət baş verib, 13,7 milyonluq əmlakın üzərinə həbs qoyulub...

Prokurorluq: yarım ildə 17 mindən çox cinayət baş verib, 13,7 milyonluq əmlakın üzərinə həbs qoyulub...

Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bu ilin birinci yarımilində ölkə ərazisində 17 min 49 cinayət qeydə alınıb. Onların 90,2 faizi açılıb.

Bizimyol.info xəbər verir ki, iyulun 24-də Baş Prokurorluqda cari ilin birinci yarısında görülmüş işlərin yekunları və qarşıda duran vəzifələrə dair kollegiya iclasında bu barədə məlumat verilib.

Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə videokonfrans rejimində prokurorluq orqanları tərəfindən 2025-ci ilin birinci yarımilində cinayətkarlığa qarşı mübarizə, ədalət mühakiməsinin həyata keçirilməsində iştirak, qanunların icra və tətbiqinə niəzarət və s. sahələrdə görülmüş işlərin vəziyyəti müzakirə olunub.

lKollegiya iclasında məlumat verilib ki, yarım il ərzində ümumilikdə ölkə üzrə 7477 cin,ayət işinin istintaqı tamamlanıb. Onlardan 536-sının istintaqı prokurorluq orqanlarında aparılıb. Prokurorluq orqanları tərəfindən 340, ümumilikdə isə digər istintaq qurumları ilə birgə 5839 cinayət işinin ibtidai istintaqı yekunlaşdırılaraq baxılması üçün məhkəmələrə göndərilib.

Prokurorluq orqanlarında ibtidai istintaqı aparılaraq yekunlaşmış cinayət işləri və tamamlanmış araşdırma materialları üzrə ümumilikdə 55 milyon 783 min manat məbləğində maddi ziyan vurulduğu müəyyən edilərək, istintaq tədbirləri ilə onun 37,7 faizinin, yəni 21 milyon 26 min manat hissəsinin ödənilməsinə nail olunub. Habelə 13 milyon 788 min manat məbləğində əmlak üzərinə həbs qoyulub.

Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməliyyat qurumları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində 10 nəfər cinayət başında yaxalanıb. Əməliyyat üsul və vasitələrindən istifadə etməklə korrupsiya hüquqpozmaları barədə əldə edilmiş məlumatlar əsasında 59 cinayət işi başlanıb.

Yarım il ərzində Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən 39 nəfər barəsində 31 cinayət işinin ibtidai istintaqı tamamlanaraq baxılması üçün məhkəmələrə göndərilib. Bunlardan 2 nəfər barəsində 2 iş qəsdən adam öldürmə faktları ilə bağlı olub. Həmçinin, 3 şəxs barəsində qiyabi icraat başlanaraq məhkəməyə göndərilib.

2024-cü ilin birinci yarımili ilə müqayisədə adam öldürmə cinayətləri 21 vahid azalaraq, törədilmiş 54 cinayətdən 53-nün açılması, bağlı qalmış 1 qəsdən adam öldürmə cinayət işinin isə bu ilin iyul ayında açılması təmin olunub.

Ermənistan tərəfinin apardığı mina terroru nəticəsində 2025-ci ilin birinci yarımilində mina və partlamamış hərbi sursat partlayışları nəticəsində 18 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. 2020-ci ilin noyabr ayından indiyədək ümumilikdə 400 nəfər bu terrorun qurbanı olub. Onlardan 70 nəfəri həlak olub, 330 nəfəri müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Baş Prokurorluğun “Çağrı Mərkəzi”nə 2025-ci ilin birinci yarımilində daxil olmuş müraciətlərdən 14 min 263 müraciət üzrə vətəndaşlara onları maraqlandıran müvafiq hüquqi izahlar verilib. 2146 məlumat isə cinayət xarakterli olduğu üçün qeydə alınaraq araşdırılması aidiyyəti struktur qurumlara tapşırılıb.

Bundan başqa, xidməti yoxlamalar nəticəsində müxtəlif növ intizam xətalarına yol verdikləri üçün 12 prokurorluq əməkdaşı intizam məsuliyyətinə cəlb olunub. Onlardan 1-nə irad bildirilmiş, 7-nə töhmət və ya şiddətli töhmət elan edilib, 2 nəfər tutduğu vəzifədən azad olunub, 2 nəfər prokurorluq orqanlarından xaric edilib. Nümunəvi fəaliyyətlərinə görə 132 prokurorluq işçisi həvəsləndirilib, 44 nəfər vəzifədə irəli çəkilib, eyni zamanda, işə qəbul olunmaq istəyən şəxslər üçün ötən yarımildə 50 ştat vahidi üzrə 27-ci növbəti müsabiqə elan edilib.

Hesabat dövründə azyaşlı uşaqların hüquqların müdafiəsi istiqamətində zəruri tədbirlər görülüb, valideynlik hüquqlarının məhdudlaşdırılması ilə bağlı 3 mülki iddia qaldırılıb.

Baş Prokurorluğun Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin həyata keçirdiyi tədbirlər nəticəsində 42 təqsirləndirilən şəxsin ölkə xaricindən ekstradisiyası təmin edilib.

Baş prokuror tərəfindən Respublikanın 13 şəhər və rayonunda 400-dən artıq vətəndaşın qəbulu həyata keçirilib.

Aytən, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:78
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 24 İyul 2025 21:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see251

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see242

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see241

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see218

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see198

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see191

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see181

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see159

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see145

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri