Icma.az
close
up
RU
Prokurorluqdan Məhəmməd Hacıyevin həbsi ilə bağlı AÇIQLAMA

Prokurorluqdan Məhəmməd Hacıyevin həbsi ilə bağlı AÇIQLAMA

Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.

Baş Prokurorluq uşaq evində seksual zorakılığa görə, 10 il müddətinə azadlıqdan məhrum edilən Məhəmməd Hacıyevin həbsi ilə bağlı sosial şəbəkələrdə yayılan xəbərlərə münasibət bildirilib.

Bakıvaxtı.az xəbər verir ki, Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, paytaxtın Xətai rayonunda fəaliyyət göstərən 3 saylı Uşaq evi sosial xidmət müəssisəsində 14 yaşına çatmayan şəxsə qarşı seksual xarakterli zorakılıq hərəkətlərinin törədilməsi faktı ilə bağlı başlanmış cinayət işi üzrə Məhəmməd Hacıyev Cinayət Məcəlləsinin 150.3.3-cü (seksual xarakterli zorakılıq hərəkətləri on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsilə cinayət məsuliyyətinə cəlb edilib və iş üzrə ibtidai istintaq yeşkunlaşdırılaraq ötən il dekabrın 9-da ittiham aktı Xətai rayon prokuroru tərəfindən təsdiq edilməklə baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Təqsirləndirilən şəxsə qarşı irəli sürülən ittiham məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından bu il sentyabrın 23-də məhkəmənin hökmlə o, 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Qeyd edək ki, bu kateqoriya cinayət əməlinə görə qanunda 15 ildən 20 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulsa da, təqsirləndirilən şəxs M.Hacıyev cinayət əməlini törədən zaman yetkinlik yaşına çatmadığına görə (18 yaşı tamam olmayıb) qanunun tələblərinə əsasən onun barəsində məhkəmə tərəfindən 10 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub.

Təqsirləndirilən şəxs və onun müdafiəçisinin hökmdən qanunla nəzərdə tutulmuş qaydada aidiyyəti üzrə yuxarı məhkəməyə şikayət etmək hüququ var.

"Bununla yanaşı, media nümayəndələri və sosial şəbəkə istifadəçilərindən cinayət işləri üzrə məlumatlar ictimailəşdirilən zaman həssaslıq nümayiş etdirilməklə zərərçəkmiş şəxsin hüquqlarına hörmətlə yanaşılmasını, məhkəmə prosesinin ədalətliliyi, cəmiyyətin qanunun aliliyinə inamını qorumaq naminə cinayət işlərinə dair məlumatlar paylaşılarkən əsassız fərziyyələr və yanlış şərhlərdən çəkinməyi xahiş edirik", deyə Baş Prokurorluğun məlumatında bildirilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:113
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 02 Oktyabr 2025 12:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see299

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see290

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see263

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see237

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see232

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see231

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see226

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see223

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see221

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see211

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see199

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see197

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see195

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see194

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see194

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see193

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see191

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see190

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see189

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri