Proqramlaşdırmada İNQİLAB: “Google” yeni süni intellekt modelini təqdim etdi
Icma.az, Bizim media portalına istinadən məlumat yayır.
“Google” şirkəti “Gemini 4 Argon” adlı yeni süni intellekt modelini istifadəyə verib.
Bizim.Media xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi yazıb.
Nəşrin məlumatına görə, model proqramlaşdırma, maliyyə təhlili, hüquq, kibertəhlükəsizlik və elmi tədqiqatlar kimi sahələrdə mürəkkəb, çoxmərhələli tapşırıqları yerinə yetirmək üçün hazırlanıb.
Yeni model API vasitəsilə dünyanın müxtəlif ölkələrindəki proqramçılar və korporativ müştərilər üçün əlçatan olub. Həmçinin ondan “Google AI Pro” və “Ultra” ödənişli tariflərinin istifadəçiləri şirkətin tətbiqi və “Antigravity” mühitində yararlana bilərlər.
İlkin mərhələdə API-dən istifadənin qiyməti 1 milyon giriş tokeni üçün 2 dollar, çıxış tokeni üçün isə 10 dollar təşkil edir. Lakin cari ilin dekabrın 1-dən etibarən qiymətlərin iki dəfə artırılması planlaşdırılır.
Şirkət nümayəndələrinin sözlərinə görə, Argon modelinin tətbiqi daxili proqramlaşdırma komandalarının iş proseslərini əhəmiyyətli dərəcədə optimallaşdırmağa imkan verib.
Belə ki, yeni modelin istifadəsi göndərilən proqram kodunun həcmini 35 faizdən çox artırıb, sonradan əvvəlki versiyalara qayıtma hallarını isə təxminən üçdəbir azaldıb.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 21 Oktyabr 2026 01:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















