Prospektdə “BakuBus” avtobusu ilə taksi toqquşdu, sərnişinlər düşürüldü VİDEO
Icma.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.
Paytaxtda “BakuBus” MMC-yə məxsus avtobus və taksi minik avtomobilinin iştirakı ilə qəza baş verib.
Avtosfer.az xəbər verir ki, Bakının Yasamal rayonu İnşaatçılar prospektində 99-JU-718 nömrə nişanlı “BakuBus” avtobusu ilə “Nissan” markalı 99-OE-952 qeydiyyat nişanlı taksi maşını toqquşub. Hadisə nəticəsində taksi avtomobilinə ziyan dəyib, avtobusun isə ön sağ tərəfində yüngül zərər var. Qəza zamanı xəsarət alan olmayıb. Hadisə baş verərkən sərnişinlər avtobusdan düşürülüb.
Sərnişinlərin dediklərinə görə, yolun kənarında saxlayan taksi maşını dayanacaqdan hərəkət edən 3 nömrəli marşrut avtobusun önünə qəfil manevr edib. Avtobusu idarə edən şəxs nə qədər qəzadan yayınmağa çalışsa da, hadisə qaçılmaz olub.
Şahidlər bildirir ki, “Nisanın” sürücüsü həm də əlildir, sol ayağında problem var və o yeriyərkən axsayırmış. Baş verən qəza nəticəsində prospektdə uzunmüddət sıxlıq yaranıb. Daha sonra hər iki nəqliyyat vasitəsi yolun kənarına çəkilib.
Qeyd edək ki, bu gün artıq 2-ci dəfə İnşaatçılar prospektində qəza baş verir.
Səfər
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 04 İyun 2025 20:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















