Prospektdə qayda pozan avtobus sürücüləri yarım saat tıxacda gözlətdi SƏBƏB NƏDİR? VİDEO
Avtosfer saytından alınan məlumata görə, Icma.az bildirir.
Paytaxtın Moskva prospektində (20 Yanvar metrosunun yaxınlığı) qayda pozan avtobus sürücüsü yolu iflic vəziyyətinə salıb.
Avtosfer.az-ın məlumatına görə, sürücülərdən biri hadisəni lentə alaraq sosial şəbəkə hesabında paylaşıb. Belə ki, “BakuBus” MMC-yə məxsus 7A saylı müntəzəm marşrut xətti üzr hərəkət edən 77-JU-563 dövlət nömrə nişanlı “BMC” markalı sərnişin avtobusu dayancağa keçid etmək üçün hərəkətdə olduğu zolaqdan sağa manevr edib. Nəticədə yolu kəsən sürücü nəqliyyat vasitələrinin hərəkətinə əngəl törədib. Şikayətçinin iddiasına əsasən, avtobus sürücüsünə görə 30 dəqiqəyə yaxın tıxacda gözləyiblər.
Qeyd edək ki, sözügedən ərazidə əksər vaxtlarda xaos mövcuddur. Xüsusilə avtobuslar üçün ayrılmış zolağını və dayanacaqları zəbt edən “manatlıq” taksilər avtobusların yolunu kəsirlər. Nəticədə onlar öz zolaqlarında hərəkət edə bilmədikləri üçün digər zolaqlara keçirlər. Eyni zamanda dayanacaqdan kənarda sərnişin mindirib-düşürürlər.
Nərmin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 22 May 2025 17:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















