Prospektdə qayda pozan piyada sürücüyə tərəf dönüb əli ilə etiraz etdi VİDEO
Icma.az bildirir, Avtosfer portalına istinadən.
Paytaxtın 8 Noyabr prospektində qayda pozan piyada avtomobil kamerasına düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə dekabrın 28-də saat 15:13 radələrində qeydə alınıb. Kadrdan görünür ki, yolu təyin olunmamış yerdən keçən piyadalar sürücüyə çətin anlar yaşadıb. Onlar yaxınlaşan avtomobilə məhəl qoymadan hərəkətlərinə davam ediblər. Mövcud vəziyyəti görən sürücü əsəbiləşərək piyadalardan birinə iradını bildirib. Piyada isə qayda pozmasına baxmayaraq əli ilə geri çönərək sürücüyə etirazını göstərib.
Qeyd edək ki, hadisə baş verən ərazidən irəlidə piyada keçidi mövcuddur.
Sürücülər yolu keçən piyadalara diqqət yetirməli, piyadalar isə yalnız təyin olunmuş piyada keçidlərindən istifadə etməlidir. Bu sadə qayda həm qəzalardan qoruyur, həm də hərəkətdə təhlükəsizliyi təmin edir.
Nərmin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:40
Bu xəbər 29 Dekabr 2025 16:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















