Icma.az
close
up
RU
Provayderlərin məsuliyyəti artırılır

Provayderlərin məsuliyyəti artırılır

Yeniazerbaycan portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Gələcəyimiz sandığımız uşaqların psixologiyası tam formalaşmadığına görə, onların zərərli təsirlərdən qorunması son dərəcə vacibdir. Bu təsirlər müxtəlif yollarla ötürülə bilər. Bunların sırasında isə hazırda bütün ölkələrdə olduğu kimi, Azərbaycanda da populyarlığı kifayət qədər yüksək olan sosial şəbəkələr xüsusi yer tutur.

Sosial şəbəkələrdə cəlbedici tərtibatlar altında uşaqlara onların yaş həddinə, dünyagörüşünə uyğun olmayan zərərli məzmunlar ötürülməsi riskləri kifayət qədər böyükdür. Buna görə də uşaqların sosial şəbəkələrdən istifadəsinin qanunla tənzimlənməsi qaçılmaz zərurət qismində çıxış edir. Bu günlərdə Milli Məclisdə qəbul edilən müvafiq qanun layihəsi də məhz bu məqsədi daşıyır.

Reallıqdan yaranan zərurət

Özlüyündə İnzibati Xətalar Məcəlləsində, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi ölkə ərazisində internetdən istifadənin məhdudlaşdırılması  anlamında qəbul edilməməlidir. Ölkəmizdə internetə çıxış imkanlarının artırılması üçün infrastruktur getdikcə daha da müasirləşdirilir və onun əhatə dairəsi bütün ölkə üzrə genişləndirilir. 2026-cı ildə dərc edilən son ölkə hesabatına əsasən, Azərbaycanda internet istifadəçilərinin sayı 9 milyon 270 min nəfərə, yəni ölkə əhalisinin təxminən 89 faizinə çatıb. Azərbaycanda 7 milyon 610 min sosial media istifadəçi identifikatoru qeydə alınıb. Başqa sözlə, təkrar və xaricdən qoşulma amilini nəzərə aldıqda, ölkəmizin hər on sakinindən səkkizi rəqəmsal məkandadır. Onlar internet vasitəsilə bank əməliyyatları aparır, dövlət xidmətləri alır, vergilərini ödəyir, tibbi məlumatlarını əldə edir, təhsil alır və şəxsi ünsiyyət qururlar.

Eləcə də müvafiq qanun layihəsinin təsdiqlənməsi ilə ölkədə uşaq hüquqlarının guya hansısa bir formada pozulması ilə bağlı müəyyən qüvvələrin dövriyyəyə buraxdıqları şayiələrin də heç bir əsası yoxdur. Əksinə, yeni qanun layihəsində bilavasitə uşaqların mənafeyi nəzərə alınıb. İndiki dövrdə internet, o cümlədən də sosial şəbəkələr üzərindən kibercinayətkarlığın nə qədər geniş vüsət aldığı hər kəsə bəllidir. Təhlükələrin miqyası o qədər böyükdür ki, onlayn platformalar hətta siyasi, iqtisadi, hərbi təsir alətlərinə çevrilib. Daha hansısa bir dövlətə ağır zərbə vurmaq üçün həmişə onun ərazisinə qoşun yeritmək tələb olunmur. Bəzən zərərli bir kod ölkənin enerji, bank, rabitə, nəqliyyat sistemlərinə, xəstəxanalarına və idarəetmə strukturlarına ənənəvi silahdan az olmayan zərər vura bilər.

Uşaqlarla vəziyyət isə daha ciddidir. Sosial şəbəkələr hüdudsuz bir məkandır və burada uşaqlar ən müxtəlif kontentlərlə qarşılaşa bilərlər. Sosial şəbəkələr üzərindən uşaqlara zərərli təsirlərin ötürülməsindən bəhs etdikdə  xüsusilə də zorakılıq, aqressiya, nifrət nitqi, saxta məlumatlar, yaşa uyğun olmayan reklamlar və vizual materiallar nəzərdə tutulur. Uşaqlar sosial şəbəkələrdə, həmçinin kibertəhlükəsizlik, ailə sirlərinin ötürülməsi, təhqir, mənəvi zorakılıq, pis vərdişlərə çağırışlar və digər belə hallarla üz-üzə qalırlar. Dünyagörüşləri tam formalaşmayan uşaqlar bu təzyiqlərin gerçək məzmununu anlamaqda və düzgün qərar çıxarmaqda acizdirlər. Onlar uzun müddət əl telefonlarından, kompüterlərdən aldıqları təsirlərdən yaxa qurtara bilmirlər və beləliklə də psixoloji sıxıntılara məruz qalırlar. Bir çox hallarda sosial şəbəkələr uşaqlarda asılılıq sindromu yaradır və onlar özlərinə qapanırlar. Belə uşaqlar üçün real həyatda sosiallaşma çətinləşir, onlar düşdükləri yeni mühitdə ünsiyyət qura bilmirlər. Uşaqların sosial şəbəkələrdən istifadəsinin qanunla tənzimlənməsinə keçid edilməsi də bu kimi reallıqlardan yaranan bir zərurətdir.

Beynəlxalq təcrübəyə əsaslanmaqla atılan addım

Milli Məclisdə aparılan müzakirələrdə də vurğulandığı kimi, yeni qanun layihəsi hazırlanarkən beynəlxalq təcrübəyə istinad olunub. Dünya ölkələrində uşaqların sosial şəbəkələrdən istifadəsinin qanunla tənzimlənməsinə fərqli yanaşmalar sərgilənir. Getdikcə daha çox ölkədə uşaqların sosial platformalardan istifadəsinə qanunla məhdudiyyətlər qoyulur. 2025-ci ilin dekabrında Avstraliyada müvafiq qanun qəbul edilib. Fransa 2026-cı ilin yanvar-mart aylarında uşaqların sosial şəbəkələrdə olmasına yaş məhdudiyyəti tətbiq edən dünyada ikinci, Avropada birinci dövlət olub. Hazırda müxtəlif ölkələrdə müxtəlif yaşdan belə tənzimləmələrin tətbiqi imkanlarına baxılır. Danimarka 18, İspaniyada 16, Fransada 15, ABŞ-da federal səviyyədə 17, ştatlarda isə Kaliforniya, Texas, Nyu-York, Tennessi və Yutada 18, Kolorado, Corciya, Luizianada 16, Floridada 14 yaş məhdudiyyətləri,  eləcə də İrlandiyada OnlineSafetyCode və Böyük Britaniyada OnlineSafety Act kimi yanaşmalar  mövcuddur. Almaniya, Portuqaliya, Norveç, Türkiyə, Kanada, Yeni Zelandiya, Malayziya, İndoneziya və Hindistan sosial şəbəkə platformalarında yaş məhdudiyyətləri müəyyənləşdirmək üçün qanunvericilik qərarları qəbul edib və ya etməkdədir. Qonşularımız olan Qazaxıstan və Özbəkistanda da analoji qanunvericilik təşəbbüsləri mövcuddur. Norveç 2026-cı ilin sonuna qədər sosial media platformaları üçün yaş məhdudiyyətləri tətbiq etməyi planlaşdırır.

Azərbaycanda müvafiq qanun layihəsində sosial şəbəkələrdə fərdi rəqəmsal hesabların açılması üçün minimum rəqəmsal yetkinlik yaş həddi 16 yaş müəyyən olunub. Layihədə 16-18 yaş qrupunun platformalarda fərdi rəqəmsal hesab yaratması, ondan istifadə etməsi və kontent paylaşması yalnız qanuni nümayəndənin razılığı və nəzarəti altında mümkün olacağı nəzərdə tutulur.

Provayderlərin qarşısında hansı tələblər qoyulur?

“İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanuna edilən dəyişikliyə əsasən provayderlərin məsuliyyəti artırılır və onların qarşısına bir sıra tələblər qoyulur.  O cümlədən provayder istifadəçi yaşının yoxlanılması məqsədilə topladığı fərdi məlumatlarla bağlı aşağıdakı fəaliyyətləri həyata keçirə bilməz:

- onları öz informasiya sistemində saxlamaq və ya üçüncü şəxslərə ötürmək;

- onlardan yaşın yoxlanılması istisna olmaqla, kommersiya, hədəfli reklam (konkret istifadəçiyə yönələn) və ya digər məqsədlər üçün istifadə etmək.

Provayder bu qanunda qeyd olunan yoxlama prosesi başa çatdıqda dərhal toplanılmış fərdi məlumatların silinməsini təmin etməlidir.

Provayder fərdi rəqəmsal hesabı olan şəxsin yetkinlik yaşına çatanadək yerləşdirdiyi məlumatların, paylaşdığı məzmunun və fərdi məlumatlarının özünün, yetkinlik yaşına çatmadığı halda qanuni nümayəndəsinin və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müraciəti əsasında, həmçinin daxili qaydalarında müəyyən edilmiş hallarda öz təşəbbüsü ilə silinməsini təmin etməlidir.

16-18 yaş arası uşaqların həyatına, sağlamlığına, cinsi toxunulmazlığına, şərəfinə, ləyaqətinə və qanunla qorunan digər hüquq və azadlıqlarına təhlükə yaradan zərərli məzmunların yayılmasının qarşısının alınması üçün provayder platformada fasiləsiz rejimdə fəaliyyət göstərən və operativ müdaxiləni təmin edən rəqəmsal həlləri tətbiq etməlidir. Belə halların qarşısının alınması üzrə provayderin texniki müdaxilə müddəti zərərli məzmunun aşkar edildiyi andan etibarən 24 saatdan artıq olmamalıdır.

Provayderlər bu qanun qüvvəyə minənədək yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarında (və həmin platformalarda yaradılan fərdi rəqəmsal hesablarda) yaş həddinin müəyyən edilməsi ilə bağlı rəqəmsal həllərin tətbiqi üçün texniki imkanları təmin etməli və bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat verməlidirlər.

Provayderlər bu qanun qüvvəyə mindikdən sonra 16 yaşdan aşağı uşaqlara məxsus mövcud fərdi rəqəmsal hesablara girişin məhdudlaşdırılmasını, şəxsin 16 yaşının tamam olmasını təsdiq edən məlumat təqdim edilmədikdə həmin hesabların və fərdi məlumatlarının silinməsini təmin etməli və bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat verməlidirlər.

Mübariz FEYİZLİ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 11 İyul 2026 10:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see312

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see296

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see281

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see280

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see253

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see236

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see232

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see225

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see218

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see217

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see212

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see212

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see210

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see209

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see200

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see197

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see189

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see189

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see186

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri