Icma.az
close
up
RU
Proxima Tech Solutions Afrika istiqamətində planlarını AfCFTA baş katibi ilə bölüşdü

Proxima Tech Solutions Afrika istiqamətində planlarını AfCFTA baş katibi ilə bölüşdü

Yenisabah saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Afrika Kontinental Azad Ticarət Zonasının (AfCFTA) Baş Katibi Wamkele Mene və onu müşayiət edən nümayəndə heyəti 21-23 sentyabr tarixlərində iş adamı Tahir Gözelin dəvəti ilə Azərbaycana işgüzar səfər edib.

Səfər çərçivəsində Baş Katib 22 sentyabrda Tahir Gözelin təsisçisi olduğu Proxima Tech Solutions şirkətini ziyarət edərək, Azərbaycanın texnologiya sahəsində əldə etdiyi nailiyyətlərlə yaxından tanış olub. Proxima Tech Solutions tərəfindən təqdim edilən qabaqcıl texnoloji həllər və təhlükəsizlik əməliyyatları mərkəzinin (SOC) fəaliyyəti nümayiş etdirilib. Baş Katib Mene şirkətin Afrika ölkələrinin rəqəmsal təhlükəsizliyinə və kibermüdafiə potensialının artırılmasına verə biləcəyi töhfələri yüksək qiymətləndirib.

Görüş zamanı Tahir Gözel Azərbaycan-Afrika strateji tərəfdaşlığının güclənməsinin vacibliyini vurğulayaraq, Azərbaycanın texnologiya əsaslı həllər vasitəsilə inklüziv və davamlı inkişafı təşviq etməyə yönəlmiş səyləri barədə məlumat verib. O, Proxima Tech Solutions-un xidmətlərini Afrika bazarına təqdim etməyə və bu istiqamətdə tərəfdaşlıqları genişləndirməyə tam hazır olduğunu bildirib. pizza

Cənab Wamkele Mene isə Azərbaycanın rəqəmsal sahədə əldə etdiyi sürətli inkişafı təqdir edərək, Afrika ölkələri üçün əməkdaşlıq, investisiya və bilik mübadiləsi imkanlarını xüsusilə önə çəkdi. Afrikada investisiya imkanları haqqında ətraflı məlumat verən cənab Wamkele Mene, Afrika ölkələrinin geniş insan resursları və sürətlə inkişaf edən sahələrindən bəhs edərək, bu potensialın Azərbaycan texnologiyaları üçün mühüm inkişaf platforması yarada biləcəyini vurğuladı. 

O, həmçinin səfərin məhsuldar keçdiyini vurğulayaraq, göstərilən qonaqpərvərliyə və dəvətə görə Tahir Gözelə təşəkkür edib. Bu görüş Azərbaycan və Afrika arasında yeni əməkdaşlıq imkanlarının açılması baxımından mühüm addım kimi qiymətləndirilir.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:140
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 26 Sentyabr 2025 12:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiyanın NATO ölkəsi olan Polşaya hücum etmək ehtimalı çox aşağıdır

17 İyul 2026 13:00see486

“Mercedes” əvvəl maşına, sonra ağaca çırpılıb aşdı Yaralı var

18 İyul 2026 00:33see316

Ömər Eldarovun vəziyyəti pisləşib

17 İyul 2026 21:26see252

İlyas Yalçıntaş həbs edildi

17 İyul 2026 06:41see232

KVN nin rejissoru vəfat etdi

17 İyul 2026 17:14see217

Tramp meşə yanğınlarına görə Kanadanı ittiham etdi

18 İyul 2026 04:43see216

ABŞ ın 12 F16 qırıcısı Yaxın Şərqdə gəldi

17 İyul 2026 21:36see213

Kirayə mənzil axtaranların NƏZƏRİNƏ

18 İyul 2026 13:31see181

Əhəmiyyətli irəliləyişlər əldə edə bilərik Trampdan Kobaxidzeyə MƏKTUB

18 İyul 2026 02:26see178

Konor Makqreqor növbəti rəqibinin adını açıqlayıb

18 İyul 2026 05:14see174

Arayikgilin çıxışları başa ÇATDI

17 İyul 2026 21:25see172

Mesajlaşarkən emojilər beynimizə necə təsir edir? Pxisoloqdan maraqlı açıqlama

18 İyul 2026 01:29see170

SEPAH İranın cənubunda MQ 9 pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb

18 İyul 2026 06:37see169

DÇ 2026: Finalın hakimləri açıqlandı

17 İyul 2026 08:20see167

“Atalanta” Edersonla müqaviləni uzadıb

18 İyul 2026 01:49see166

ADNSU gənc alimləri işə dəvət edir 3500 manatadək maaş TƏKLİFİ FOTO

17 İyul 2026 20:27see166

Məhəmməd Salah və “Beşiktaş” əməkdaşlıq şərtləri barədə razılığa gəliblər

18 İyul 2026 06:19see161

Joni Montiel “Qarabağ”ın heyətindən çıxarıldı

17 İyul 2026 17:16see157

İran İraq Kürdüstanındakı ABŞ bazalarına zərbələr endirdiyini açıqlayıb

18 İyul 2026 03:35see155

Ana və qızı eyni anda məzun oldular: Mən onun qədər çox oxumamışam VİDEO

17 İyul 2026 06:10see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri