Psixiatriya yardımı ilə bağlı yeni tələblər tətbiq olunur
Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Psixiatriya yardımı ilə bağlı yeni qaydalar müəyyənləşdirilir.
Modern.az xəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan "Psixiatriya yardımı haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Belə ki, qanun layihəsinə əsasən, psixi sağlamlıqla bağlı məlumatların elektron sağlamlıq kartı sistemində saxlanılması və həmin məlumatların bu sistem vasitəsilə əldə edilməsi, müalicədən imtina ilə bağlı məlumatların da elektron sağlamlıq kartına daxil edilməsi nəzərdə tutulur.
Bununla yanaşı, psixi pozuntu vəziyyətində olan şəxsin özünün və ya digər şəxslərin sağlamlığını və təhlükəsizliyini təmin etmək məqsədilə şəxsin və ya qanuni nümayəndəsinin razılığı olmadan psixiatriya müayinəsinin aparılması ilə bağlı yeni hüquqi mexanizmlər yaradılır. Həmçinin belə şəxslərin məhkəmə qərarınadək qeyri-könüllü psixiatriya stasionarına yerləşdirilməsi barədə qərar qəbul edildikdə onların yaxın qohumlarının, qanuni nümayəndələrinin, prokurorun və aidiyyəti vəzifəli şəxsin dərhal məlumatlandırılması təklif olunur.
Layihə ilə həmçinin tibbi xarakterli məcburi tədbirlərə cəlb edilmiş, özünə və ya ətrafdakılara təhlükə yaradan şəxslərin digər pasiyentlərdən təcrid olunaraq müalicə olunması və məcburi hospitalizasiya zamanı təhlükəsizlik tədbirləri ilə bağlı yeni müddəaların qanuna əlavə edilməsi nəzərdə tutulur.
Məsələ səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 30 İyun 2026 12:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















