Icma.az
close
up
RU
Psixogen SONSUZLUQ SƏBƏBSİZ sonsuzluq

Psixogen SONSUZLUQ SƏBƏBSİZ sonsuzluq

Icma.az bildirir, Saglamolun portalına istinadən.

Bütün digər orqan və sistemlər kimi qadının cinsiyyət sistemi də beyin tərəfindən idarə olunur.

Bu səbəbdən qadının psixoloji durumu onun cinsiyyət sisteminin normal fəaliyyətinə, menstrual dövrünə, ana olmaq qabiliyyətinə böyük təsir edir. Çox güclü qısamüddətli stress (yaxınların ölümü, ağır xəstəliyi, boşanma və s.) və ya ağır xroniki streslər hətta menstruasiyanın tam kəsilməsinə səbəb ola bilər.

Ginekologiyada "psixogen sonsuzluq" kimi bir termin var. Bu sonsuzluq zamanı ginekoloji baxımdan tam sağlam və hamiləlik üçün heç bir əngəli olmayan qadın psixoloji durumunda olan pozulmalara görə hamilə qala bilmir.

Bu hal hamiləliyi həddindən artıq arzulayan, yalnız bu haqda fikirləşən qadınlarda inkişaf edə bilər. Daim ovulyasiya günlərini sayan, saysız ovulyasiya və hamiləlik testlərini edən belə qadın  özü özünü dərin stres vəziyyətinə salır ki, nəticədə hamilə qala bilmir.

Digər tərəfdən şüuraltı olaraq hamiləlikdən və doğuşdan dəhşətli qorxan, yaxşı ana ola biləcəyinə inanmayan qadında da psixogen sonsuzluq inkişaf edə bilər.

Ciddi maliyyə problemləri, borclar, daimi işin olmaması və s. kimi stress-amillər də qadının psixikasına təsir edərək onun reproduktiv sistemini "söndürə" bilər ki, nəticədə sağlam qadında hamiləlik baş tutmaya bilər.

Psixogen sağlamlığı ginekoloq tərəfindən deyil, psixoloq və ya psixoterapevt tərəfindən müalicə olunmalıdır.

Əgər lazım olan müayinə və analizlərdən sonra cütlükdə sonsuzluq üçün heç bir səbəb tapılmazsa, onlar psixoloqa müraciət etməlidir.

Psixoloqlar psixogen sonsuzluğu olan qadına hamiləlik haqqında bir müddət fikirləşməməyi tövsiyə edirlər. Bəzən iş yerinin, evin dəyişilməsi, məzuniyyət, təbiət qoynuna səyahət də qadına psixogen sonsuzluq problemindən azad olmağa kömək edə bilər.

Psixoloq hamiləlikdən və doğuşdan qorxan qadınlarla söhbətlər edir, bu qorxulardan azad olmağına yardım edir.

Saglamolun.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:203
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 18 Noyabr 2024 04:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see358

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see344

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see336

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see330

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see329

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see300

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see295

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see287

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see268

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see262

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see250

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see241

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see239

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see220

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see209

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see201

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see196

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see195

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see193

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri