Icma.az
close
up
RU
“Psixoloji savadsızlıq gəncləri depressiyaya sürükləyir” Psixoloq

“Psixoloji savadsızlıq gəncləri depressiyaya sürükləyir” Psixoloq

Icma.az bildirir, Metbuat portalına istinadən.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yeni hesabatına görə, dünyada 1 milyarddan çox insan narahatlıq pozuntuları, depressiya və digər xəstəliklər də daxil olmaqla psixi pozuntularla yaşayır.

Mövzu ilə bağlı Metbuat.az-a açıqlama verən psixoloq Gülnar Orucova bildirib ki, gənclər arasında depressiya, narahatlıq, aqressiya, əsəb, gərginlik, stress və bulinq halları sürətlə artır:

“Buna səbəb olan bir neçə amil var. Əsas amillərdən biri həddən artıq telefondan və sosial şəbəkələrdən istifadədir. Sosial şəbəkələrdə daim təsdiq gözləyən gənclər, yaşadığı hər anı paylaşır və bu paylaşımları hər hansı tərəfdən tənqid edən insana qarşı çox sərt reaksiya göstərirlər. Doğrudur, telefonun və sosial şəbəkələrin müsbət tərəfləri var. Amma biz bu gün Azərbaycanda onların mənfi tərəflərini daha çox görürük. Buna dönüb baxsaq, evli insanların öz qızı yaşında qızları qaçırması, gənc qızların evdən qaçması və ya bu kimi hallar əvvəlki illərə nisbətən daha çox müşahidə olunur. Buna birinci səbəb mən deyərdim ki, telefon və sosial şəbəkələrdir. Sonra valideyn amili gəlir”.

Psixoloq qeyd edib ki, illər öncə valideynlər övladına daha az nəzarət edirdi, amma indi həddən çox nəzarət olunur:

“İndiki valideynlər çalışır ki, övladlarının bütün istəklərini yerinə yetirsinlər. Valideynlərin həddən artıq diqqəti, qayğısı, sevgisi məsuliyyətsiz gənclərin ortaya çıxmasına səbəb olur. Yəni, bu gənc artıq bilmir ki, nə üçün çalışır, niyə çalışır, hansı məqsədə yönəlib. Bu cür halların artması yeni nəsil üzərində ciddi təsir göstərir. Əvvəlki illərdə təbii qidalardan daha çox istifadə olunurdu. İndi isə modifikasiya olunmuş qidalar daha çoxdur və buna görə də problemli uşaqların sayı durmadan artır. Bu da gənclərə mənfi təsir göstərir. Təbii ki, yanaşı problemlər də var. Bu problemlər ailə mühitinin təsirindən də qaynaqlana bilir. Müasir həyat tərzi insanı davamlı olaraq stresdə saxlayır. Psixoloji savadsızlıq da bu kimi halların yaranmasına səbəb olur”.

Gülnar Orucovanın sözlərinə görə, psixoloji savadsızlıq da depressiyanın formalaşmasında mühüm rol oynayır:

“Daha az özünə dəyər verən insanlar, daha çox həssas olanlar, tez üzülən, tez incinən, hər şeyi tez ürəyinə salan, hər şeyi beynində çox müqayisə edən insanlar daha çox depressiyaya düşür. Bu səbəbdən də bu gün depressiya varsa, bir mənalı şəkildə düşünməliyik ki, psixoloji savadsızlıq depressiyanı formalaşdırır. İnsanın gələcəklə bağlı planları da bəzən onu depressiv və aqressiv edə bilir. Amma ən əsas səbəblər sosial şəbəkələr və “kiber zorakılıq”dır. Bu iki amil gənclərin psixoloji vəziyyətinə ən çox təsir edən faktorlar hesab olunur”.

Ülkər Cəlilzadə / Metbuat.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:93
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 10 Sentyabr 2025 20:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see250

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see243

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see238

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see194

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see181

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see181

Azərbaycan strateji tərəfdaş kimi ön plana çıxır

10 Dekabr 2025 23:58see173

Donbas iddiası təsadüfi deyil: Rusiya və ABŞ arxa planda razılaşıb

11 Dekabr 2025 13:27see167

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see152

Sifarişlə adam öldürmüşdü ALMANİYADAN GƏTİRDİLƏR

10 Dekabr 2025 09:37see151

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see143

Ermənistanda SENSASİYA: Müharibə vaxtı onları Azərbaycan ordusu öldürməyib

10 Dekabr 2025 03:13see133

“Real Madrid” də məğlub oldu Yenilənib

11 Dekabr 2025 02:23see132

Stiven Siqal: “Amerika kinosu daha obyektiv olmalıdır”

11 Dekabr 2025 02:45see130

20 istiqamətdə tıxac var

10 Dekabr 2025 08:38see128

Fransada uşaq və yeniyetmələrin sosial şəbəkələrə girişi məhdudlaşdırılacaq

11 Dekabr 2025 03:26see127

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

10 Dekabr 2025 08:40see126

Üzgüçülük üzrə Azərbaycan çempionatı start götürüb

11 Dekabr 2025 20:15see120

Almaniya səmasında müəmma: Rusiya hücuma keçib? Heyrətamiz

11 Dekabr 2025 02:23see120

Almaniyada neft kəmərində ciddi qəza: terror aktı...

11 Dekabr 2025 02:07see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri