Icma.az
close
up
RU
Psixoloq: Psixoloq adı müxtəlif dələduzlar üçün kamuflyaj kimi istifadə edilir

Psixoloq: Psixoloq adı müxtəlif dələduzlar üçün kamuflyaj kimi istifadə edilir

Demokrat.az saytına istinadən Icma.az xəbər verir.

"Özünü həkim, psixoloq elan edənlərin sayı çoxalıb. Psixologiya sahəsi insanların tələbatından istifadə edən ov sahəsinə çevrilib. Tanışlıq və münasibət qurmaq üçün də bu peşədən sui-istifadə edənlər var. Psixologiya falçılar və öngörücülər üçün kamuflyaj rolunu oynayır. Bu insanlar sadəcə maddi olaraq qazanc əldə etmir, özlərinə imic yaradır, qarşı cinslə münasibət qura bilir".
Bu sözləri Demokrat.az-a açıqlamasında psixoloq Ramil Nəcəfli deyib: 
O bildirib ki, universitetlərdə psixologiya təhsili elmi olaraq verilir:
"Diplom aldıqdan sonra ixtisas artırmaq, müxtəlif kurslara getmək lazım gəlir. Özünü psixoloq adlandıran elə adamlar var ki, gedir hardasa psixologiya istiqamətində kursdan keçir, sertifikat əldə edirlər. Daha sonra hesab edirlər ki, psixoloqdurlar. Ölkəmizdə belə bir problem yaranıb. Mənim düşüncəmə görə psixologiya fəaliyyəti üçün baza təhsili olmalıdır. Kurslar isə təkmilləşdirmə məqsədi daşımalıdır. Təəssüf ki, bu məsələ üzərinə çox danışılsa da, Azərbaycanda konkret mexanizma yoxdur. Hər kəs özünü insanlara kömək etmək adı ilə qələmə verir. Psixoloq adından komuflyaj olaraq öz məqsədləri üçün istifadə edirlər. Falçılıq, kart açmaq, astrologiya, kəhanət edənlər əllərinin altında psixologiyadan istifadə edirlər. Bunun qarşısı alınmalıdır. Belə davam edə bilməz. Psixologiya fakultəsini bitirən insanların əksəriyyəti dövlət işləri, dövlət qulluğunda və başqa sahələrdə işləyirlər. Çünki əksəriyyətinin məqsədi başqa peşə sahibləri kimi sadəcə diplom almaq olub. Psixoloq olmaq arzusunda olan insanlar da sertifikat və.s alıb fəaliyyət göstərirlər".
Psixoloqun sözlərinə görə, sistemli şəkildə bu problemlə məşğul olmaq lazımdır:
"Danışmaqla bunun qarşısını almaq mümkün deyil. Dövlət qurumları bunun qarşısını almaq üçün mexanizm qurmalıdır. Psixoloqlara da tələbat artıb. Klinik psixologiya insanları daha çox cəlb edir. İnsanlara həyatları ilə bağlı məlumatları demək insanlara daha maraqlı gəlir. Daha çox başqa sahələrdən əlini üzən insanlar psixoloq, psixoterapevt, nevroloqlara  müraciət edirlər. Tələbat çox olsa da, müraciət azdır. Bunda qəbul qiymətlərinin çox olması da rol oynayır".
Əfsanə Kamal
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 17 Fevral 2025 15:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see267

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see220

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see218

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see202

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see154

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

16 Yanvar 2026 18:40see135

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see131

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see131

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see129

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see129

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see128

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri