Icma.az
close
up
RU
Menu

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

“Eyni tempdə davam edirik” Rui Jorje

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

İraola: “Belə bir şey baş verməməlidir”

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

Psixoloq: Uşaqların animatorlardan qorxması normal psixoloji reaksiyadır

Psixoloq: Uşaqların animatorlardan qorxması normal psixoloji reaksiyadır

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 20 fevral, P.Qafarova, AZƏRTAC

Uşaqların sevdikləri personajları real həyatda animator kostyumunda gördükdə qorxu hissi keçirməsi normal və tez-tez rast gəlinən psixoloji reaksiyadır. Bu hal xüsusilə 2-6 yaş arası uşaqlarda daha çox müşahidə olunur, çünki həmin dövrdə uşaq fantaziya ilə reallıq arasındakı sərhədləri hələ tam ayıra bilmir.

Bu barədə AZƏRTAC-a açıqlamasında uşaq psixologiyası üzrə mütəxəssis İlkin Kazımlı bildirib.

O qeyd edib ki, televiziyada və ya telefonda gördüyü sevimli obrazın real həyatda böyük ölçüdə, səsli, maskalı və hərəkətli formada qarşısına çıxması uşaq beyni tərəfindən gözlənilməz və bəzən təhlükəli vəziyyət kimi qəbul edilə bilər. Bu zaman bir neçə psixoloji mexanizm rol oynayır. Gözlənilməzlik faktoru, animatorun mimikasının görünməməsi, fərqli səs tonu və obrazın uşağın alışdığı ölçüdən daha böyük olması narahatlıq hissini gücləndirir.

Mütəxəssis qeyd edib ki, bəzi hallarda uşaqlar televiziya obrazı ilə reallıq arasındakı uyğunsuzluğu hiss edir ki, bu da onlarda qəribəlik və qorxu yaradır. Həmçinin temperamentinə görə daha həssas olan uşaqlar yüksək səsə, parlaq rənglərə və iri obyektlərə daha güclü reaksiya verə bilirlər.

İlkin Kazımlı valideyn davranışının bu vəziyyətdə həlledici rol oynadığı vurğulayıb. Bildirib ki, uşağı qorxusuna baxmayaraq, məcbur etmək, ona “qorxmağa heç nə yoxdur”, “get salam ver” kimi təzyiqedici yanaşmalar narahatlığı daha da artıra bilər. Bu zaman uşaq öz emosiyasının anlaşılmadığını düşünür və təhlükə hissi güclənir.

Valideynlərə tövsiyə olunur ki, şənliyə animator dəvət ediləcəkləri halda, uşağı əvvəlcədən məlumatlandırsınlar, animatorun şəkillərini göstərsinlər və bunun sadəcə kostyum geyinmiş insan olduğunu izah etsinlər. Bu, vəziyyəti uşağın şüurunda daha tanış və təhlükəsiz edir.

“Şənlik zamanı uşağın animatorla ünsiyyətə məcbur edilməsi düzgün deyil. Ən sağlam yanaşma mərhələli yaxınlaşmadır. Uşaq əvvəl uzaqdan müşahidə edib, valideyninin yanında qalaraq tədricən öyrəşə bilər. Uşağın tempinə hörmət etmək onun təhlükəsizlik hissini qoruyur”, - deyə İlkin Kazımlı qeyd edib.

Psixoloq əlavə edib ki, uşağın emosiyalarını qəbul etmək vacibdir. “Sənin qorxduğunu görürəm, bu sənin üçün yeni bir vəziyyətdir” kimi ifadələr uşağı sakitləşdirir və onda güvən hissi yaradır. Təhlükəsizlik hissi artdıqca qorxu reaksiyası da zəifləyir”.

Qeyd olunub ki, animator seçimində də diqqətli olmaq lazımdır. Daha sakit davranan, uşağa qəfil yaxınlaşmayan, yumşaq mimikalı personajlar uşaqlar üçün daha uyğun hesab edilir. Bəzi hallarda əvvəl maskasız tanışlıq, daha sonra kostyumlu çıxış uşağın adaptasiyasını asanlaşdıra bilər.

“Animator qorxusu əksər hallarda uşağın inkişaf xüsusiyyətləri ilə bağlı normal reaksiyadır və zamanla azalır. Lakin uşaq yalnız animatorlardan deyil, ümumiyyətlə, maskalı insanlardan, yeni mühitlərdən və sosial situasiyalardan güclü şəkildə qaçırsa, panik reaksiyalar uzun müddət davam edirsə və bu gündəlik həyata təsir göstərirsə, uşaq psixoloquna və ya psixoterapevtə müraciət etmək tövsiyə olunur”, - deyə İlkin Kazımlı əlavə edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:191
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 Fevral 2026 14:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see353

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see327

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see287

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see278

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see271

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see262

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see260

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see256

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see251

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see247

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see243

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see240

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see234

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see232

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see231

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see229

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see225

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see219

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see217

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see216
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri