Icma.az
close
up
RU
Psixoloq: Valideyn nəzarətsizliyi uşaqları ölüm oyunlarının əlində oyuncağa çevirir

Psixoloq: Valideyn nəzarətsizliyi uşaqları ölüm oyunlarının əlində oyuncağa çevirir

Demokrat.az saytından alınan məlumata görə, Icma.az bildirir.

“13 yaşlı qızın müəmmalı ölümü gündəmə bomba kimi düşüb. Bu, hər bir valideyndə qorxu və narahatlıq yaradıb”.
Bu sözləri Demokrat.az-a açıqlamasında psixoloq Leyli Əli deyib.
Onun sözlərinə görə, hadisə yeniyetməlik dövrünün psixoloji həssaslığını və internetin nəzarətsiz istifadəsinin yaratdığı təhlükələri açıq şəkildə göstərir:
“12–14 yaş arası yeniyetmələrdə emosional beyin daha aktiv, rasional düşünmə və riskləri qiymətləndirmə mexanizmləri isə hələ zəif olur. Bu səbəbdən uşaqlar qorxulu, mistik və ekstremal məzmunlara daha tez bağlanır, onların təsiri altında qalırlar. “Mavi balina” kimi manipulyativ və ölümə aparan oyunlar məhz bu yaş qrupunun zəif tərəflərindən istifadə edir. Yeniyetmənin gecələr gizli şəkildə qorxulu videolara baxması, cin və mistik mövzulara yönəlməsi, dəftərində qorxulu fiqurlar çəkməsi onun psixikasında ciddi gərginlik, qorxu və vəsvəsələrin formalaşdığını göstərən güclü siqnallardır.Bu cür kontentə davamlı məruz qalmaq uşaqda təşviş, panik reaksiyalar, obsesiv qorxular, özünəqapılma və reallıqdan uzaqlaşma kimi psixoloji pozuntular yarada bilər”. 
Psixoloq bildirib ki, belə vəziyyətlər uşağı daha asan manipulyasiya olunan hala gətirir və təhlükəli oyunların təsirinə düşmək riskini artırır:
“Valideynlərin diqqət etməli olduğu əsas məqamlar var. Telefonun gecələr uşağın yanında qalması çox təhlükəlidir, çünki bu saatlarda emosional həssaslıq artır. Uşağın internetdə izlədiyi videolara, maraqlandığı mövzulara, sosial media davranışına mütəmadi nəzarət etmək vacibdir. 
Qorxu, mistika, ölüm mövzularına həddindən artıq maraq göstərilməsi uşağın psixoloji yardım ehtiyacına işarə ola bilər. Ailə ilə uşaq arasında güclü emosional bağın olmaması isə onu internet aləminə daha asan yönəldir. Bu faciə, əslində, bütün valideynlər üçün ciddi xəbərdarlıqdır. 
Nəzarətsiz internet istifadəçisi olan hər bir yeniyetmə təhlükəli kontentə və manipulyativ oyunlara məruz qalma riski daşıyır. Uşaqlar bu dövrdə özlərini daha çox təklikdə hiss etdikləri üçün internet onların emosional boşluğunu doldurmağa başlayır və nəticələr bəzən çox ağır olur”.
Leyla Turan
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:49
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 03 Dekabr 2025 14:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri