Icma.az
close
up
RU
Psixoloq valideynlərə SƏSLƏNDİ: Övladlarınızın varlığı təhsildən önəmlidir

Psixoloq valideynlərə SƏSLƏNDİ: Övladlarınızın varlığı təhsildən önəmlidir

Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.

Xəbər verdiyiniz kimi, ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinə ixtisas seçimi avqustun 28-dən sentyabrın 2-dək internet vasitəsilə aparılacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

Qeyd edək ki, bu il ali təhsil müəssisələrinin müsabiqəsində 88 min 756 nəfər abituriyent iştirak edib. Onlardan 57 min 236 nəfər (o cümlədən 6461 subbakalavr) ali məktəblərə qəbul olunub. İxtisas qrupları üzrə isə ümumilikdə 3 min 100-dən artıq boş yer qalıb.

Sözsüz ki, boş qalan plan yerlərinə ixtisas seçimindən sonra kifayət qədər abituriyent ali təhsil müəssisələrinə qəbul ola bilməyəcək.

Bu mərhələdə qəbul ola bilməyənlər üçün psixoloji çətinliklər qaçılmazdır. Aylarla hazırlaşmalarına baxmayaraq, nəticə əldə etməyən gənclərdə ruh düşkünlüyü, özünəinam itkisi və gələcəyə qarşı qeyri-müəyyənlik yarana bilər.

Məsələ ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən psixoloq Günay Kərimi bildirib ki, məktəb yolu bizi arzularımıza, məqsədlərimizə və gələcək xəyallarımıza aparan əsas yollardan biridir.

Onun sözlərinə görə, bu, qısa bir yol deyil, uzun bir həyat yoludur və 11 il müddətində biz öz potensialımızı ortaya qoyaraq, güclü təhsil alaraq və diqqətimizi toplamaqla arzularımıza, istədiyimiz universitet həyatına və gələcək hədəflərimizə çata bilərik:

“İstər maliyyə, istər şəxsi inkişaf baxımından olsun, məktəb bu məqsədlərə aparan əsas pillələrdən biridir”.

\

Günay Kərimi: "Uşaq valideyn dəstəyi hiss edəndə, uğursuzluq onu həvəsdən salmır"

Bu yolda valideynlərin dəstəyinin olduqca vacib olduğunu deyən G.Kərimi qeyd edib ki, onlar övladlarına düzgün istiqamət verməli, hər zaman yanında olmalı və dəstək göstərməlidirlər. Burada yalnız məktəb və müəllimlər deyil, həm də ailənin və məktəb psixoloqlarının rolu böyükdür:

“Xüsusilə uşaqların məktəbə adaptasiyası, dərslərdə yaşadığı çətinliklər, imtahan stressi və hətta evdəki problemlər zamanı məktəb psixoloqlarının yardımı əvəzsizdir. Onlar fərdi və ya qrup şəklində, yaş dövrlərinə uyğun psixoloji dəstək göstərməlidirlər”.

Psixoloq nəzərə çatdırıb ki, 9–11-ci siniflərdə şagirdlərin yükü artır, dərslər ikinci plana keçir, əsas diqqət isə qruplara və imtahan hazırlıqlarına yönəlir: 

"Bu mərhələdə valideynlərin düzgün davranışı çox önəmlidir. Çünki bəzən valideynlər övladlarının potensialından artıq tələb edir, onların bacarmayacağı hədəfləri qarşıya qoyurlar. Bu isə uşağı həm həvəsdən salır, həm də psixoloji cəhətdən yükləyir”.

Müsahibimiz bəzən valideynlərin övladlarının arzularını deyil, öz istəklərini reallaşdırdıqlarını diqqətə çatdırıb. Əlavə edib ki, bu isə uşaqların istəklərinin arxa plana keçməsinə, təhsilin isə məcburi hala çevrilməsinə səbəb olur:

“Belə vəziyyətlərdə uşaqlarda ciddi psixoloji gərginlik yaranır. Təəssüf ki, imtahandan uğursuz nəticə alan bəzi yeniyetmələrin intihara əl atması halları da müşahidə olunur. Bu, əsasən valideyn dəstəyinin və anlayışının olmamasından qaynaqlanır”.

G.Kərimi vurğulayıb ki, valideynlər övladlarına hər zaman mesaj verməlidirlər ki, “nəticə necə olur-olsun, mən sənin yanındayam. Qazanmasan da, dəstəyim səninlədir. İstəsən, yenidən sınayarsan, növbəti dəfə daha yaxşı nəticə əldə edə bilərsən”.

Psixoloq hesab edir ki, uşaq bu dəstəyi hiss edəndə, uğursuzluq onu həvəsdən salmır, əksinə yenidən sınamaq üçün motivasiya verir:

“Valideynlər bilməlidir ki, övladlarının varlığı və sağlamlığı hər şeydən önəmlidir. Onları başqaları ilə müqayisə etmək, “filan uşağın bacardı, sən bacarmadın” kimi yanaşmalar tamamilə yanlışdır. Uşaqlar kiçik yaşlardan düzgün istiqamətləndirilməli, onların arzuları, maraqları və potensialı nəzərə alınmalıdır. Ən əsası isə psixoloji möhkəmlik aşılanmalıdır. Çünki güclü iradə və sağlam psixologiya uşağın gələcəkdə düzgün qərarlar verməsinə, öz məqsədlərinə çatmasına və cəmiyyət üçün faydalı bir insan kimi yetişməsinə imkan verir”.

Mina Mikayılova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:112
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 29 Avqust 2025 15:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya hakimiyyəti Vəfa Quluzadəni haqlı çıxardı KONKRET

16 Oktyabr 2025 15:04see287

Ağsuda yollar təmir ediləcək

16 Oktyabr 2025 14:54see182

İlk etimadsızlıq səsverməsi Lekornyu üçün uğurlu oldu

16 Oktyabr 2025 14:42see170

Stəndapçı: “Uill Smit bacarmasa, Yannik Sinner rolunu oynamağa hazıram” FOTO

18 Oktyabr 2025 03:13see166

Erkən ölüm riskini artıran əsas amillər BƏLLİ OLDU TERAPEVT AÇIQLADI

16 Oktyabr 2025 16:17see151

Məhkəmədə Ermənistan vətəndaşlarının cinayət xarakterli məlumatlar tədqiq olunub FOTO

17 Oktyabr 2025 20:37see147

“Ağır çantalar uşaqlarda onurğa əyriliyinə gətirib çıxarır” EKSPERT DANIŞDI

17 Oktyabr 2025 11:50see138

Xəstəxanada əməkdar artistə infeksiya keçib Durumu ağırdır

16 Oktyabr 2025 15:58see138

Kreml Tramp Putin danışıqlarını dəyərləndirib

16 Oktyabr 2025 23:31see136

Məktəblərdə məktəb psixoloqlarının sayı niyə azdır? EKSPERT AÇIQLADI

16 Oktyabr 2025 15:18see134

Tramp Putinə təzyiqləri artırmağa hazırdır Britaniyalı ekspert

16 Oktyabr 2025 18:31see133

Yanacaqdoldurma məntəqələri benzini qatqılarla kəsməyə başlayıb...

16 Oktyabr 2025 18:26see131

Bakıda bal yarmarkası fəaliyyətə başlayır

17 Oktyabr 2025 13:46see131

“Qqlobal savaş baçlaya bilər” ŞƏRH

16 Oktyabr 2025 14:56see130

“Trampla 2 saatlıq danışıq zamanı Putin Moskvanın sülhün əldə edilməsində maraqlı olduğunu vurğulayıb” Uşakov

16 Oktyabr 2025 23:19see130

Tramp: Hazırda Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi üçün ən münasib vaxt deyil

17 Oktyabr 2025 03:21see127

Pəncərələri qış rejiminə necə keçirtmək olar?

18 Oktyabr 2025 04:47see125

Finlandiyalı aktyor İsa Məsih obrazını canlandıracaq...

16 Oktyabr 2025 22:45see125

Orban Putin Tramp görüşü barədə: Biz hazırıq!

17 Oktyabr 2025 04:35see124

Tramp: ABŞ Tomahawk raketlərinin ehtiyatlarını tükədə bilməz

17 Oktyabr 2025 01:09see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri