Icma.az
close
up
RU
Psixoloqlar da sertifikasiya imtahanına cəlb oluna bilərlər Günay Ağamalıdan TƏKLİF

Psixoloqlar da sertifikasiya imtahanına cəlb oluna bilərlər Günay Ağamalıdan TƏKLİF

Bizim media saytından alınan məlumata görə, Icma.az bildirir.

Son zamanlar sosial şəbəkələrdəki fəaliyyətlərinə nəzərən psixoloqların sayının artdığını deyə bilərik. Bu, insanın psixoloji sağlamlığına diqqətin artması baxımından müsbət haldır. Çünki müasir dünyanın yaşatdığı stress və gərginliyin aradan qaldırılmasında psixologiya mühüm rol oynayır. Yəni bu gün psixoloqların sayının artması cəmiyyətin tələbi ilə əlaqədardır.
Lakin psixoloqların heç də hamısının fəaliyyəti müsbət qiymətləndirilmir. Birbaşa insan ruhuna, psixoloji sağlamlığa xitab edən psixoloqların təhsili, mətbuatdakı çıxışları cəmiyyətdə geniş müzakirə olunur. Onların bəzilərinin sahəsi üzrə təhsil almaması, müxtəlif qısamüddətli kurslar keçərək fəaliyyət göstərdikləri vurğulanır.
Bildiyimiz kimi, ölkədə bir neçə sahənin mütəxəssislərinin diaqnostikası keçirilir, müxtəlif üsullarla peşəkarlıqları yoxlanılır. Bir neçə ildir müəllimlərin həm diaqnostik qiymətləndirməsi, həm də sertifikasiyası aparılır. Həmçinin, həkimlərin də sertifikasiya imtahanına cəlb olunması müzakirə mövzusudur.
Bəs günü-gündən sayı artan psixoloqlar necə sertifikasiya imtahanına cəlb olunmalıdırlarmı?
Mövzu barədə Bizim.Media-ya danışan deputat, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı deyib ki, psixoloqlar fundamental təhsilə malik olmalıdırlar:
“Psixoloqların peşəkarlığı ilə bərabər həm də, etik kodekslərə cavab verməsi olduqca vacibdir. Bundan başqa psixoloqlarda səs tembri də olduqca mülayim və yatımlı olmalıdır. Hesab edirəm ki, psixoloqlar fundamental təhsilə malik olmalıdırlar. Bu peşənin texnikalarını bilmək üçün çox önəmlidir. Təbii ki, təhsilli psixoloqlar öz sahələrini daha genişləndirmək və daha çox biliyə malik olmaq üçün müxtəlif kurslardan və supervizyalardan keçməlidirlər. Ümumiyyətlə, psixologiya olduqca mürəkkəb və bir o qədər də həssas sahədir. Burada mütəxəssis həm də çox səbr və təmkin nümayiş etdirməlidir”.
Milli Məclisin üzvü hesab edir ki, gələcəkdə psixoloqların da sertifikasiyadan keçmələri aktuallaşa bilər:
“Bu zaman peşəkarlıq da öz sözünü deyə bilər və insanlar da mütəxəssis seçərkən yanılmazlar. Burada bir məqamı da xüsusi diqqətə çatdırmaq istərdim ki, psixoloqlar özlərinə konkret profil seçməlidirlər daha doğrusu uşaq psixoloqu, klinik psixoloq, ailə psixoloqu, məktəb psixoloqu, yeniyetmələrlə işləyən psixoloq, xüsüsi qayğıya ehtiyacı olan uşaqlarla işləyən psixoloq və sairə kimi kateqoriyalarında seçim etməlidirlər. Eyni ilə necə ki, həkimlər də kateqoriyalara, yəni pediatr, terapevt, kardioloq, fizioterapevt, endokrinoloq və sairə bölünürlər. Təssüf ki, ölkəmizdə bu problem var. Yaxşı olar ki, yuxarıda təsnifatını apardığım peşəkar yanaşma ölkəmizdə də tətbiq olunmaqla öz töhfəsini versin”.
Günay Şahmar, Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://bizim.media
archiveBu xəbər 11 Dekabr 2024 15:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see272

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see252

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see241

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see218

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see199

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see195

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see182

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see162

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see160

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see142

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri