Icma.az
close
up
RU
Psixoloqlara görə xəyanət edən insanların ən çox işlətdiyi 5 cümlə

Psixoloqlara görə xəyanət edən insanların ən çox işlətdiyi 5 cümlə

Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Romantik münasibətlərdə xəyanət — güvən əsasında qurulmuş bir bağın ən sərt şəkildə sarsılması deməkdir. Həm emosional, həm də fiziki yaxınlığı alt-üst edən bu hal, insanın ruhunda dərin yaralar açır.

Hər nə qədər xəyanətin təsiri insandan insana fərqli olsa da, mütəxəssislər xəyanət edən insanların öz davranışlarını haqlı çıxarmaq üçün bəlli ifadələrdən istifadə etdikləri mövzusunda həmfikirdirlər.

Bu sözlər təsadüfi deyil — əksinə, qarşı tərəfin hisslərini manipulyasiya etməyə və edilənlərin nəticəsini yüngülləşdirməyə yönəlmiş şüurlu şəkildə seçilmiş psixoloji vasitələrdir.

Xəyanətə uğrayan şəxslər üçün bu ifadələri tanımaq və arxasındakı niyyətləri anlamaq, baş verənləri daha sağlam qiymətləndirməyə kömək edə bilər.


Sherg.az xəbər verir ki, Diario AS, xəyanət edənlərin ən çox işlətdiyi 5 ifadəni və bu ifadələrin psixoloji mənasını belə şərh edib:


1. “Səni heç vaxt incitmək istəmirdim”

Bu cümlə hər nə qədər qarşı tərəfi sakitləşdirməyə və yenidən güvən yaratmağa yönəlik kimi görünsə də, psixoloqlar bu sözlərin çox vaxt manipulyativ niyyət daşıdığını deyirlər. Aldadılan insanda saxta bir güvən hissi yaradaraq, öz şübhələrini sorğulamasına səbəb olur. Eyni zamanda, xəyanət edən şəxsin öz günahı ilə üzləşməkdən qaçdığını da göstərə bilər.


2. “Bunun səni bu qədər təsirləndirəcəyini bilmirdim”

Emosional yükü qarşı tərəfin üzərinə atmaq, xəyanətdə tez-tez rast gəlinən başqa bir strategiyadır. Bu ifadə empati çatışmazlığına və aldanan tərəfin hisslərinə qarşı bir laqeydliyə işarə edir. Psixoloqlar bildirirlər ki, bu sözlər eyni zamanda insanın törətdiyi zərərin miqyasını dərk etmədiyini göstərir.


3. “Bunu səni sevdiyim üçün etdim”

İlk baxışda ziddiyyətli görünsə də, bu ifadə xəyanəti bir sevgi göstəricisi kimi təqdim etməyə çalışır. Bu şəkildə insan, zərərli davranışını emosional səbəblərlə haqq qazandırmağa və özünü aldatmağa çalışır. Mütəxəssislər belə rasionallaşdırmaların insanın məsuliyyətdən yayınmaq istədiyini göstərdiyini deyirlər.


4. “Bu o qədər də vacib bir şey deyildi”

Xəyanətin təsirini kiçiltmək, tez-tez istifadə olunan bir başqa müdafiə mexanizmidir. Bu cümlə qarşı tərəfin hisslərinə lazımi dəyərin verilmədiyini göstərir. Psixoloji baxımdan bu yanaşma, insanın öz emosional rahatlığını partnerinin yaşadığı ağrıdan üstün tutduğunu göstərir.


5. “Həmişə yanında olmuşam”

Bu ifadə ilə xəyanət edən şəxs, münasibətin müsbət tərəflərinə diqqət çəkərək öz imicini qorumağa çalışır. Mütəxəssislər bu yanaşmanın sadəcə bağışlanma arzusu olmadığını, eyni zamanda tərəf müqabilin  alqısını nəzarətdə saxlamaq istəyini də əks etdirdiyini bildirirlər.

Psixoloqlar bildirirlər ki, bu cür ifadələri təkbaşına qiymətləndirmək olmaz. Sözlərin arxasındakı niyyəti anlamaq, davranış modellərini çözmək baxımından mühüm əhəmiyyət daşıyır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://sherg.az
archiveBu xəbər 17 İyun 2025 02:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see187

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see178

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see151

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see148

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see144

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see137

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see133

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri