Icma.az
close
up
RU
PSİXOPAT ən təhlükəli insan tipi. Onu necə tanımaq olar?

PSİXOPAT ən təhlükəli insan tipi. Onu necə tanımaq olar?

Saglamolun portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Balaca Nərminin vəhşicəsinə öldürülməsi son günlərin ən ağrılı və çox müzakirə olunan mövzulardan biridir. Bunu törədən insan sakit və “normal” birinə bənzədiyi üçün bir çox insanlarda şübhələr yaranıb.

Yəni bu insan bu vəhşiliyi törədə bilərmi? Təəssüf ki, bir çox hallarda ən qəddar cinayətlərin “müəllifləri” məhz belə sakit və ilk baxışdan zəif, müdafiəsiz, təhlükəsiz insanlar olur. Rusiyanın ən qəddar seriyalı qatili Andrey Çikatilonu xatırlayın. Adi insanlardan heç nə ilə fərqlənmirdi, sakit, başıaşağı, yaxşı ailə başçısı, qayğıkeş ata... İstintaq zamanı Çikatilonun törətdiyi 53 qətl hadisəsi sübut olunsa da (əsasən uşaq və qadınları öldürürdü), mütəxəssislərin fikrinə görə, qurbanların sayı qat-qat çox olub...

Saglamolun.az xarici KİV-lərə istinadla bildirir ki, Kolumbiya Universitetinin alimləri araşdırmalardan sonra belə qənaətə gəliblər ki, ən qəddar qatillər, seriyalı qatillərin əksəriyyəti psixopatdır. Bu çox təhlükəli şəxsiyyat pozulmasıdır. Bəzi həkimlər bunu beyinin xüsusiyyəti kimi də qiymətləndirir. Bu insanlar sağlam sayılır, onlar psixi xəstə deyillər. Alimlərin fikrinə görə, dünyada yaşayan insanların 2% psixopatdırlar. Bu böyük rəqəm sayılır.  

Psixopatlar əksər hallarda ilk baxışdan sakit, mədəni, mehriban görünür, onların bir çoxlarının qeyri-adi bacarıqları, istedadları, ali savadı olur. Lakin onları bir xüsusiyyət birləşdirir ki, bu insanlara mərhəmət , empatiya hissi xas deyil. Onlar ən vəhşi, ən qəddar hərəkət və cinayətlər törədə bilir və heç zaman tövbə etmir, peşmançılıq çəkmir, özündə günah görmürlər.

Təbii ki, bütün psixopatlar cinayət törətmir və bütün cinayətkarlar psixopat deyil. Lakin ən qəddar cinayətkarlar arasında psixopatlar üstünlük təşkil edir.   

Psixopatların digər xüsusiyyətləri arasında:

Özünü hamıdan ağıllı, qeyri-adi hesab edirlər, özünü hamıdan üstün tuturlar, eqoist olurlar Yaltaq olurlar Etibar qazanmağı bacarırlar Çox riyakar olurlar, daim maskalarını dəyişirlər Patoloji yalançıdırlar, öz mövqeyini daim dəyişir, dediyi sözlərdən imtina edirlər Öz mənfi emosiyalarına, hirsinə nəzarət edə bilmirlər, hirslənəndə nə isə sındırır, qışqırır, ətrafdakıları vurur, təhqir edirlər İnsanları istifadə etməyi bacarır, əla manipulyatorlardır

Müəyyən müalicə və psixoterapevtik üsullarının köməyi ilə bu insanları çərçivədə saxlamaq mümkündür. Mütəxəssislər qeyd edir ki, psixopatları vaxtında aşkar etmək və müalicəyə cəlb etmək çox vacibdir.

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:67
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 14 Oktyabr 2026 21:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see335

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see327

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see316

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see303

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see269

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see258

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see238

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see236

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see230

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see217

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see201

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see189

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see180

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see173

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see169

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see161

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see161

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see161

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see161

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

20 Oktyabr 2026 00:21see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri