Icma.az
close
up
RU
Psixopatları ələ verən 6 davranış: Əvvəlcə heç bir şübhə çəkmirlər

Psixopatları ələ verən 6 davranış: Əvvəlcə heç bir şübhə çəkmirlər

Milli.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Psixopat deyəndə yalnız cinayət törədən və təhlükəli şəxslər ağıla gəlmir. Mütəxəssislərə görə bəzi insanlar cəmiyyət içində son dərəcə uğurlu, cazibədar və etibarlı görünür, eyni zamanda manipulyativ və empatiya hissindən məhrum davranışlar sərgiləyirlər. Xüsusilə iş həyatında və ya romantik münasibətlərdə ortaya çıxan bu xüsusiyyət ilk mərhələdə fərq edilməyə bilər.

Milli.Az xəbər verir ki, psixopatlıq çox vaxt kənardan baxıldıqda asanlıqla başa düşülən xüsusiyyət deyil. Əksinə, psixopatik xüsusiyyətlər daşıyan bəzi insanlar son dərəcə sosial, uğurlu, yardımsevər və xarizmatik görüntü sərgiləyir. Xüsusilə iş dünyasında "korporativ psixopat" olaraq təyin olunan şəxslər; manipulyasiya, yalan, həddindən artıq özgüvən və empatiya əskikliyi kimi davranışlarla ətrafdakı insanları təsir altına ala bilərlər.

Ancaq vacib bir detal var: Bir insanın psixopat olub-olmadığı yalnız davranışlarına baxılaraq müəyyən edilə bilməz. Psixopatiya klinik diaqnoz olaraq tək başına qiymətləndirilmir; mütəxəssislər lazımi hallarda fərqli qiymətləndirmə vasitələrindən istifadə edə bilərlər. 

İlk tanışlıqda həddindən artıq cazibədar ola bilərlər

Psixopatik xüsusiyyətlər daşıyan şəxslər ilk qarşılaşmada son dərəcə isti, maraqlı və yardımsevər görünə bilərlər. Qarşı tərəfin etibarını qazanmaq üçün onun davranışlarını və duyğularını təqlid edə bilərlər. Bu səbəbdən ilk təəssürat çox vaxt olduqca müsbət ola bilər, lakin zaman keçdikcə bu yaxınlığın qarşı tərəfi təsir etmək və ya öz məqsədləri istiqamətində yönləndirmək üçün istifadə edildiyi görülə bilər.

Empatiya qurmaqda çətinlik çəkə bilərlər

Diqqət yetirilməli olan digər bir xüsusiyyət isə empatiya əksikliyidir. Qarşı tərəfin yaşadıqları bir hadisənin onda necə bir duyğu yaradacağını başa düşməkdə çətinlik çəkə bilərlər. Etdikləri bir davranışın başqa bir insana necə təsir edəcəyini düşünmədən hərəkət etmələri münasibətlərdə ciddi problemlərə yol aça bilər. Üstəlik, etdikləri davranışların ardından günahkarlıq və ya peşmanlıq göstərməmələri də diqqət çəkə bilər.

Özlərini olduğundan daha vacib göstərə bilərlər

Bu şəxslər uğurlarını, qabiliyyətlərini və ya sahib olduqları gücü şişirdərək danışa bilərlər. Xüsusilə iş həyatında özlərini qurum üçün vazkeçilməz göstərməyə çalışa, verdikləri qərarların və ya gördükləri işlərin əhəmiyyətini olduğundan böyük göstərə bilərlər. Bəzən başqalarının fikirlərini mənimsəyərək bunları öz uğurları kimi təqdim etmələri də mümkündür.

Hər şeyi danışmırlar, lazım gəldikdə sirlərdən istifadə edirlər

Sirli davranmaq və məlumatı nəzarət altında saxlamaq da diqqət çəkən xüsusiyyətlərdən biri ola bilər. İş yoldaşları, rəhbərlər və ya qurum içindəki qərarlarla əlaqəli məlumatları yalnız işlərinə yaradığı zaman paylaşa bilərlər. Başqalarının şəxsi məlumatlarını və ya qurum içindəki sirləri isə qarşılarındakı insanı təsir etmək üçün istifadə edə bilərlər. Bu şəxslər zaman-zaman bir işçi haqqında başqalarına danışaraq kollektiv daxilində etvbarsızlıq və bölünmə yarada bilərlər.

Zəka və uğurlarını davamlı olaraq önə çəkə bilərlər

Psixopatik xüsusiyyətlərə malik şəxslərin hamısının yüksək zəkaya sahib olduğu düşüncəsi doğru deyil, lakin bəzi yüksək funksiyalı insanlar sosial bacarıqlarından və zəkalarından istifadə edərək iş həyatında sürətli şəkildə irəliləməyi bacarırlar. Xüsusilə güc sahibi olmağı, idarə etməyi və digər insanlar üzərində hakimiyyət qurmağı önəmsəyən şəxslər diqqət çəkə bilər. İş yerində zorakılıq və manipulyasiya kimi davranışlarla birgə görülə bilən bu xüsusiyyətlər kollektiv daxilində ciddi problemlərə səbəb ola bilər.

Yalan danışmaqdan çəkinmirlər

Davamlı və məqsədyönlü yalan danışmaq da diqqət yetirilməli olan davranışlardan biri olaraq göstərilir. Söylədikləri yalanlarla özlərini daha uğurlu, güclü və ya vacib göstərə bilər, qarşılarındakı insanları öz istədikləri istiqamətdə hərəkət etdirməyə çalışa bilərlər. Xüsusilə istədikləri nəticəni ala bilmədikdə daha əvvəl dəstəklədikləri adamı hədəf halına gətirmələri və onu ətrafa qarşı pis göstərməyə çalışıqları iş həyatında ciddi münaqişələrə yol aça bilər.

"Gaslighting" ilə insanı özündən şübhələndirə bilərlər

Manipulyasiyanın daha irəli ölçüsündə isə "gaslighting" olaraq bilinən davranış ortaya çıxa bilər. İnsanın yaşadıqları hadisələri sorğulamasına, öz yaddaşından şübhə etməsinə və yaşanan problemlərin məsulunun özü olduğuna inanmasına səbəb olan bu davranış xüsusilə yaxın münasibətlərdə yorucu ola bilər. Davamlı günahkar çıxarılmaq, edilənlərin inkar edilməsi və insanın öz qavrayışından şübhə etməyə başlaması bu cür manipulyasiyaların əlamətləri arasında qiymətləndirilə bilər.

Belə biri ilə qarşılaşdıqda nə etməli?

Mütəxəssis dəstəyi tələb edən hallarda ən vacib addım yaşananları tək başına həll etməyə çalışmamaqdır. Xüsusilə insan özünü davamlı olaraq günahkar, çarəsiz və ya başı qarışmış hiss edərsə, peşəkar dəstək almaq faydalı ola bilər. Yaşanan hadisələri mümkün qədər obyektiv qiymətləndirmək, vacib söhbətləri və hadisələri qeyd altında saxlamaq, güvənilən insanlarla ünsiyyət qurmaq və lazım gəldikdə sərhəd qoymaq da insanın özünü qorumağına kömək edə bilər.

İş yerində oxşar davranışlara məruz qalan digər işçilərin olması halında etibarlı şəxslərlə ünsiyyət qurmaq da əhəmiyyət daşıyır, lakin hər hansı bir insana "psixopat" etiketi yapışdırmaq əvəzinə, konkret davranışlara və yaşanan hadisələrə diqqət yetirmək lazımdır. Çünki psixopatik xüsusiyyətlər göstərdiyi düşünülən bir insanı yalnız bir neçə davranışından yola çıxaraq diaqnoz etmək mümkün deyil. Dəqiq qiymətləndirmə yalnız sahəsində mütəxəssis olan peşəkarlar tərəfindən aparıla bilər.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:200
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 11 Avqust 2026 06:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see355

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see342

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see329

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see323

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see315

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see305

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see296

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see292

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see264

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see249

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see242

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see229

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see225

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see209

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see202

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see200

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see198

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see194

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see181

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri